Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Kuznetsov ermənilərin Qarabağdakı sirli tankı və “əjdaha”sı barədə həqiqətləri açıqladı: -əslində...

Kuznetsov ermənilərin Qarabağdakı sirli tankı və “əjdaha”sı barədə həqiqətləri açıqladı: əslində...

Ermənistanın siyasi və hərbi rəhbərliyi patoloji olaraq nasist Almaniyasının, xüsusilə də onların hərbi quruluşunun yerişini yeriməyə çalışır — Üçüncü Reyxin məsələsi onlara dinclik vermir. Onlar gah İrəvanı müdafiə etmək üçün “Folksşturm” kimi yaşlı insanlardan ibarət ordu yaratmağa çalışır, gah “Folksdoyçe”dən – etnik alman-əcnəbilərindən – ibarət SS bölmələri kimi diaspor ermənilərindən birləşmələr, gah da VuVa – “vundervaffe” və ya “möcüzəvi silah” yaratmağı düşünürlər. Amma bu cəhdlərin sonluğunu çox gözəl bilirik.

Yenixeber.org: Bu sözləri rusiyalı politoloq və hərbi ekspert Oleq Kuznetsov bildirib.

“Yeni il tətilində fotoarxivimi araşdırarkən ötən ilin dekabrında Füzuli və Hadrutda olduğum zaman çəkdiyim bir fotosessiyaya rast gəldim. O səfərdə çəkilən çox sayda fotoşəkil arasında Ermənistanın müdafiə sənayesinin səviyyəsini və ümumiyyətlə, bu ölkənin hərbi rəhbərliyinin “Vundervaffe” haqqında fikirlərini mükəmməl xarakterizə edən dörd şəkil tapdım. Onlar Qarabağ müharibəsi cəbhəsinə göndərilən yerli erməni hərbi sənayesinin iki nümunəsini təsvir edirdi. Qarabağda VuVa-nın ilk nümunəsi Horadiz ərazisindəki Azərbaycan qoşunlarının mövqelərinə doğru yolda müharibənin ilk günlərində ermənilərin qoyub qaçdıqları bir “sirli” tank, ikincisi isə Füzulidən Hadruta gedən yolda - müstəqil hərəkət etmək bacarığını itirdiyinə görə səngərə atılmış “əjdaha” idi”, - deyə politoloq qeyd edib.

Ekspertin sözlərinə görə, bu kimi məsələlərdə praktiki təcrübəyə malik olduğuna baxmayaraq, o, sursatların hansı növ silah sistemlərinə aid olduğunu anlaya bilməyib, fotoşəkilləri mütəxəssislərə göstərmək üçün münasib vaxt üçün saxlayıb:

“Hərbi akademiyalarda və institutlarda dərs deyən, rus ordusunda mənim kimi saçını ağartmış yüksək rütbəli hərbçilərimizlə də məsləhətləşdim. Amma erməni hərbçilərinin Qarabağdakı Azərbaycan Ordusuna qarşı çıxardığı bu “möcüzəvi silahlar”dan baş açan tapılmadı. Sonda hər kəs bu “əjdahaların” və yaxud “erməni vundervaffe” nümunələrinin kustar yolla yığılmış bir maket olduğunu söylədi.

Sovet dövrünün yüngül zirehli maşınlarının üzərinə iriçaplı müxtəlif silahlar qaynaq edilir və Ermənistan müdafiə sənayəsinin “yeni nümunəsi” kimi təqdim olunur. Bunları erməni “konstruktorları” zahirən Rusiyanın 152 millimetrlik özüyeriyən “Msta-S” haubitsasına, 120 mm-lik özüyeriyən topa və “Nona-S” minaatan qurğusuna bənzədiblər. Sadə dillə desək, ermənilər bu tip “qorxunc” silah növləri ilə əlbəttə ki, Azərbaycan Ordusuna qarşı döyüşmək qabiliyyətinə malik deyildi. Bu “əjdahalar”ın əsas məqsədi guya Ermənistanda da müdafiə sənayesinin olduğunu nümayiş etdirmək və güclü ordu obrazı yaratmaq idi. Bu, bir tərəfdən də Kremlə bir ismarış idi – “Ermənistanın da “güclü” silahları var və guya İrəvan silah almaq məsələlərində Rusiyadan aslı deyil…”

Ekspert vurğulayıb ki, erməni sənayesinin bu əldəqayırma silahları “müasir” Ermənistanın texniki düşüncəsinin səviyyəsini və erməni hərbi-siyasi rəhbərliyinin öz silahlı qüvvələrinə münasibətini mükəmməl şəkildə əks etdirir:

“Onlar həqiqətən də bu “vundervaffe”nin köməyi ilə və yalnız bədnam “erməni ruhu” sayəsində yüksək texnologiyalı Azərbaycan Ordusuna bərabər şərtlərlə müqavimət göstərə biləcəklərini düşünürdülər? Əgər bu həqiqətən belədirsə, deməli, erməni milləti patoloji baxımdan xəstədir və sağalmazdır, hərbi revanş haqqında bütün söhbətlər isə psixi qeyri-sağlam insanların kollektiv cəfəngiyyatıdır”. (axar.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam