Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

“Parisin işğal amilinə yanaşma tərzi məntiqsizdir” -Mirvari Fətəliyeva

“Parisin işğal amilinə yanaşma tərzi məntiqsizdir” -    Mirvari Fətəliyeva
Fransanın atlantico.fr xəbər portalında "Fransanın rolu. Dağlıq Qarabağ münaqişəsi və ya Fransa humanizminin iflası" başlıqlı məqalə dərc olunub.
Yenixeber.org: Fransada fəaliyyət gösrətən Azərbaycan Evinin sədri, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyevanın qələmə aldığı məqalədə rəsmi Parisin beynəlxalq birlik tərəfindən təsbit olunmuş işğal amilinə yanaşma tərzinin məntiqsiz və anlaşılmaz olduğuna diqqət cəlb edilib.

Məqalədə 1990-cı illərdə bir milyona yaxın azərbaycanlının ermənilər tərəfindən vəhşicəsinə həyata keçirilmiş etnik təmizləməyə məruz qaldığı, doğma torpaqlarından qovulduğu, Xocalı soyqırımı zamanı 613 dinc azərbaycanlının amansızcasına qətlə yetirildiyi yada salınıb.

Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılmasını tələb edən beynəlxalq sənədlərin mövcud olduğunu, 44 günlük müharibə zamanı Ermənistanın ölkəmizin dinc əhalisinə qarşı yol verdiyi müharibə çinayətlərinin “Amnesty International” və “Human Rights Watch” kimi QHT-lər tərəfindən də təsbit edildiyini, Fransadakı erməni icmasının tərəfsiz, prinsipial fransız jurnalistlərinə qarşı nifrət kampaniyaları təşkil etdikləri və ölümlə hədələdiklərini vurğulayan müəllif sual edir: "Bu, fransız humanizminin dəyişkən məntiqi ilə necə izah ediləcək? ...işğal olunmuş ərazilərdən geri çəkilmə zamanı ermənilər tərəfindən qəbiristanlıqların, məscidlərin alçaldılması və dağıdılmasına, meşələrin kəsilməsi və yandırılmasına, mədəni irsin, təbiətin məhv edilməsinə nə ad vermək olar? Fransa humanizminin məhvinə gətirən bu məntiqi necə izah etmək olar?".

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Fransa tərəfindən də dəstəkləndiyini xatırladan müəllif bildirir ki, rəsmi Paris öhdəliyinə əməl etməlidir.

Milli Assambleyanın və senatın mövqeyi ilə razılaşmayan Fransa Xarici işlər naziri Jan Iv Le Drianın “bu, vasitəçi rolumuzdan imtina etmək deməkdir” açıqlamasını xatırladan müəllif bildirir: "Ümid edək ki, nazirin sözləri Fransa humanizminin ölmədiyini göstərir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam