Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

ABŞ heç vaxt Krımı Rusiyanın ərazisi kimi tanımayacaq - Dövlət Departamenti

 

Amerika Birləşmiş Ştatları (ABŞ) heç vaxt Krımı Rusiya ərazisi kimi tanımayacaq və yarımadanı «əbədi» olaraq Ukrayna hesab edəcək. ABŞ dövlət katibinin müavini Stiven Biqan bunu ATƏT-in təşkil etdiyi videkonfransındakı çıxışı zamanı bəyan edib.

Yenixeber.orgÇıxış təşkilatın Youtube-kanalında dərc olunub.

İlkin nəticələrə görə, ABŞ prezidenti seçilmiş Cozef Bayden Rusiyaya, İrana, Çinə və digər ölkələrə yönəlik «çoxtərəfli yanaşma» planı reallaşdıracağını bəyan edib.

Bu barədə yeni seçilmiş prezident CNN kanalına verdyi müsahibədə danışıb.

«Biz, təkcə İranla yox, həm də Rusiyayla, Çinlə və digərləri ilə iş görmək üçün böyük qrupun üzvü olmalıyıq» - Bayden bildirib.

Eyni zamanda o, bəyan edib ki, vəzifəsinin icrasına başlamazdan əvvəl ABŞ dövlətinin siyasətini formalaşdıra bilməz.

«Amma mən, həm Avropada, həm də Hindistan və Sakit okean bölgəsində müttəfiqlik münasibətlərini bərpa etmək istəyirəm» - Bayden əlavə edib.

ABŞ dövlətinin müdafiə büdcəsinin layihəsi Türkiyənin Rusiyadan S-400 ZRK almasına görə, sanksiyaları nəzərdə tutur.

«Həmin qanunun qüvvəyə minməsindən sonra otuz gündən gec olmayaraq, prezident 5 və ya artıq sanksiya tətbiq etməlidir» - qanun layihəsində deyilir.

Sanksiyalar S-400 sistemlərinin alınmasında iştirakı olan Türkiyəli məmurları əhatə etməlidir.

Hazırda İranın ABŞ və İsraillə silahlı münaqişəyə girmək təhlükəsi yoxdur. Bunu cümə axşamı Corc Meyson Universiteti tərəfindən təşkil olunmuş internet-seminarda ABŞ-ın İran və Venesuella üzrə xüsusi nümayəndəsi Elliott Abrame təsdiqləyib.

Bu barədə suala belə cavab Abrame belə cavab verib: «Əgər mən, bircə kəlmə ilə cavab vermək istəsəm, belə deyərdim: «Yox». Qəzetlərdən oxuduqlarımın çoxu məni gülümsəməyə vadar edir».a


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam