Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

MSK nə vaxt yenidən formalaşacaq? -AÇIQLAMA

 

 Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin parlamentin yaz sessiyasında formalaşdırılacağı proqnoz edilsə də, bu, gerçəkləşmədi.

Yenixeber.org: Məlumat üçün bildirək ki, yeni parlament formalaşan kimi MSK-nın da tərkibi təsdiqlənməlidir. Bəzi mətbuat səhifələrində MSK sədri Məzahir Pənahovun yaxın vaxtlarda sədrlikdən gedəcəyi barədə informasiyalar yer almaqdadır.

Bu zaman parlamentin payız sessiyasının ilk vaxtlarında MSK-nın tərkibi dəyişəcəkmi? Milli Məclisin deputatı Bəhruz Məhərrəmov modern.az-a açıqlamasında bildirib ki, bu məsələ faktiki olaraq nəzərdə tutulub:

“Qanunvericilikdə bu addımların konkret hansı müddətə atılması göstərilməyib. Prosedur isə belədir ki, adətən yeni parlament formalaşandan sonra Mərkəzi Seçki Komissiyası da formalaşır. Hazırda açığı, MSK-nın yenidən formalaşacağı barədə heç bir məlumat yoxdur”.

Məzahir Pənahovun yaxın vaxtlarda sədrlikdən getməsinə gəlincə, deputat bunu etik hesab etməyib:

Həm MSK-nın yaradılması qaydası və fəaliyyəti kimi məsələlərin tənzimlənməsi Seçki Komissiyası ilə müzakirə olunur. Konkret olaraq ayrı-ayrı orqanların burada vəzifələri müəyyənləşir. Həmçinin bu vəziyyət bir adamdan asılı deyil ki, konkret istiqamət, yaxud da konkret proqnoz verək. Ona görə də öncədən Məzahir Pənahovun dəyişəcəyi yaxud da dəyiçşməyəcəyi barədə proqnoz vermək çətindir. Açığı, düşünürəm ki, bu cür proqnozlar etik də deyil".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam