Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Fələstinlə Ermənistan arasında ilk yaşandı:Bakının reaksiyası necə olacaq?

 

Fələstinin Ermənistana təyin etdiyi ilk səfiri İsa Kasisi Prezident Vaaqn Xaçatryanla görüşüb. Ermənistan prezideti Kasisinin etimadnaməsini qəbul edib.

Yenixeber.org: Əvvəlki zamanlarda da Fələstin hökuməti ilə Ermənistan arasında yaxşı münasibətlər olub. Digər tərəfdən, Azərbaycan da Fələstin dövlətinin müstəqilliyini tanıyan və ona dəstək verən ölkələrdəndir.

Regionda baş verən bu mühüm dəyişiklik Fələstin–Azərbaycan münasibətlərində necə yansıyacaq? Fələstin “keçmiş səhvləri”ni düzəldəcək?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan deyib ki, Fələstində, Suriyada, eləcə də Fələstinin Qüds şəhərində ümumiyyətlə bu ərazilərdə ermənilər yaşayıb və ərəblərlə ənənəvi türkə, Osmanlıya qarşı davranışı, birgə fəaliyyəti olub:

“Ərəblərlə ermənilərin görünməyən, bilinməyən ittifaqı var. Bu özünü müxtəlif hadisələrdə indi də göstərir. Məsələn, bir neçə il öncə Livanda hökumətdə iki erməni nazirdən biri olan turizm naziri belə bir fikir səsləndirmişdi: “Əgər mənə adi vətəndaş kimi Türkiyədən gələn rəsmi nümayəndəni qəbul etməyi tapşırsaydılar, mən onları qəbul etməz, hava limanından qovardım. Ancaq hökumət üzvü kimi onları qarşılamaq mənim vəzifə borcumdur”.

Fələstin azadlıq hərəkatının keçmiş rəhbəri Yasir Ərəfatın, Livanda “Hizbullah” lideri Həsən Nəsrullahın ermənilərə xoş münasibəti, Qarabağda ermənilərinin hüquqlarını müdafiə edən açıqlamaları buna misal ola bilər. Eləcə də Suriyada keçmiş rejim başçısı Bəşşar Əsəd ilə Ermənistanın keçmiş hakimiyyətinin başçısı Serj Sarqsyan və indiki baş nazir Nikol Paşinyan arasında münasibətlər yaxşı olub. Hətta bir dəfə ABŞ səfirliyi Ermənistan hakimiyyətini Bəşşar Əsədə dəstək verməkdə ittiham etdi. O, bəyan etmişdi ki, bu, öz həmvətənlərinin qanına əli batmış diktatora həmkarlıq, dəstək və yardımdır.

sedreddin soltan 11 900x599 1
Sədrəddin Soltan 

Bu baxımdan Fələstin ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması Azərbaycan və Türkiyə üçün ciddi problem, yaxud rəqabət yaratmır. Çünki Fələstin məsələsini Azərbaycan və Türkiyə ənənəvi olaraq müdafiə edir. Hətta 1992-ci ildə Azərbaycan Fələstinin müstəqilliyini tanıdığını bildirib. Həm Azərbaycan , həm də Türkiyə 1967-ci il sərhədləri daxilində Fələstinin müstəqilliyini tanıyıb.

Torpaqlar işğaldan azad edildikdən sonra Ermənistan ilə bir sıra ərəb ölkələri arasında müəyyən diplomatik münasibətlər inkişaf etməyə başlayıb. Hesab edirəm ki, Fələstinin Ermənistan ilə münasibətləri qurması həm də Azərbaycan -Ermənistan münasibətlərinin normallaşmağa doğru getməsi ilə əlaqədardır. Fələstinin bir dövlət kimi Ermənistan ilə heç vaxt rəsmi diplomatik münasibəti olmayıb.

Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin bağlanması istiqamətində atılan addımlar nəticəsində Fələstin də hesab edir ki, onun Ermənistan ilə əlaqə qurması və inkişaf etdirməsi Azərbaycanın regional diplomatik ikitərəfli maraqlarına ziyan vurmur”.(Globalinfo.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam