Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İran ABŞ və Avropaya meydan oxudu –Nüvə sazişi ilə bağlı öhdəliklər dayandırıldı

 

İranın Hərtərəfli Birgə Fəaliyyət Planındakı bəzi öhdəlikləri dayandırılıb.

Yenixeber.org: Bunu İranın Atom Enerjisi Təşkilatındakı məlumatlı rəsmi bildirib.

Belə ki, ilk 60 gündə İranın 1-ci addımı hesab olunan əlavə zənginləşdirilmiş uran və ağır suyun satışı ilə bağlı öhdəliklər yerinə yetirilməyəcək.

2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu arasında (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ həmin sazişdən çıxdığını bəyan edib və noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. Sazişin Avropa tərəfi İranla ticarəti qorumaq istiqamətində vədlər veriblər. 2019-cu il 8 may tarixində İran bu vədlərin yerinə yetirilmədiyini əsas götürərək Hərtərəfli Birgə Fəaliyyət Planında əlavə zənginləşdirilmiş uran və istehsal olunmuş ağır suyun satılması ilə bağlı öhdəliyi 60 günlük yerinə yetirməyəcəyini bəyan edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam