Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ və İsrailə qarşı İrana açıq dəstək verən "Zeynəbiyyə" ilə ortaq iftar: Dövlət Komitəsi Bakının strateji xəttinə qarşıdır? -FOTOLAR

Azərbaycan uzun illərdir bölgədə balanslı və praqmatik xarici siyasət yürüdən nadir ölkələrdən biri kimi çıxış edir. Rəsmi Bakı həm İranla, həm Türkiyə ilə, həm də digər qonşu dövlətlərlə münasibətlərini qoruyub saxlayır. Bununla yanaşı, İsraillə əlaqələri yüksək səviyyədə davam etdirir və ABŞ ilə strateji tərəfdaşlığını gücləndirir. Xüsusilə son illər Vaşinqtonla münasibətlər yeni mərhələyə qədəm qoyub və Azərbaycan Cənubi Qafqazda Amerikanın əsas tərəfdaşlarından biri kimi dəyərləndirilir.media-whatsapp-image-2026-03-03-at-21-28-12

Yenixeber.org: Bu siyasətin əsas xətti aydındır: Azərbaycan müstəqil kursu davam etdirir, eyni zamanda, öz ərazisindən üçüncü dövlətə qarşı istifadə olunmasına imkan vermir və bütün tərəflərlə münasibətləri balansda saxlayır. Bu yanaşma həm də diaspor və lobbi fəaliyyətində öz nəticəsini göstərir. Məsələn, İsraillə strateji əməkdaşlıq və yəhudi lobbisinin dəstəyi Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini gücləndirən amillərdən biri kimi qiymətləndirilir.

media-whatsapp-image-2026-03-03-at-21-43-27

Lakin Türkiyədə baş verən bir hadisə müəyyən suallar yaradıb. İstanbulda keçirilən iftar proqramı çərçivəsində Türkiyədə fəaliyyət göstərən “Zeynəbiyyə” Məscid və Mədəniyyət Mərkəzi ilə Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə tədbir təşkil edib. Tədbirin təşkilatçıları sırasında hər iki qurumun adının açıq şəkildə göstərilməsi diqqət çəkib.

media-whatsapp-image-2026-03-03-at-21-23-43

Məsələ burasındadır ki, “Zeynəbiyyə” təkcə Türkiyə cəfərilərinin mərkəzi kimi deyil, eləcə də Türkiyədə İran xəttinə yaxın mövqeyi ilə tanınır. Bu qrupun müntəzəm olaraq ABŞ və İsrail əleyhinə aksiyalar təşkil etməsi, İran rəhbərliyinə açıq dəstək nümayiş etdirməsi sirr deyil, heç özləri də gizlətmirlər. Xüsusilə son dövrlərdə açıq adı ilə “İrana dəstək” mitinqləri keçirirlər. Hətta qrupun İranın ideoloji xəttinə uyğun şüarlarla çıxış etməsi və regional proseslərdə açıq tərəf tutması da, ABŞ və İsraili “şeytan” adlandırmasını öyrənmək üçün də təşkilatın sosial media hesablarına ötəri nəzər yetirmək kifayətdir. Buna görə onları kimsə də qınamır, eləcə də biz. İllərdən bəri eyni mövqedə olan və bunu gizlətməyən Səlahəddin Özgündüzün mövqeyi bəllidir. Kimin xoşu gələr, kimin xoşu gəlməz, öz işidir. Eləcə də, qeyd etmək lazımdır ki, Türkiyədə Özgündüz camaatı məhz belə tanınır və istər “Ekşi sözlük”də, istərsə də Özgündüzlə bağlı müstəqil ekspertlərin şərhlərində bu camaat Türkiyədəki iranyönümlü qrup olaraq təqdim edilir.

İllərlə Azərbaycanın Türkiyədəki lobbisi rolunda çıxış edən milliyyətçi çevrələrdə təəccüb doğuran məqam da budur ki, Azərbaycanın rəsmi dini qurumlarının Türkiyədə tərəf müqabili bəlli ikən fəaliyyəti məzhəbçilik üzərində qurulan və İrana münasibətində ziqzaq olmayan camaatla ortaq iş ərsəyə gətirir. Üstəlik, Azərbaycanın İsraillə bağlı  mövqeyi də açıq ortadaykən bu dövlətin rəsmi dövlət qurumunun açıq İsrail düşməni, İran dostu bir təşkilatla ortaq tədbir keçirməsi müəyyən ziddiyyət təsiri bağışlayır.

Çünki rəsmi Bakı, eyni zamanda, həm İsraillə, həm də ABŞ ilə strateji əməkdaşlığı prioritet sayır. Belə olan halda, həmin dövlətləri açıq şəkildə tənqid edən və İranı dəstəkləyən bir qrupla birgə görüntü verilməsi suallar doğurur. Bu addım koordinasiya olunmuş siyasətin tərkib hissəsidir, yoxsa sırf dini çərçivədə qiymətləndirilən bir görüşdür? Müvafiq instansiyalarla məsləhətləşmə aparılıb, yoxsa təşəbbüs lokal xarakter daşıyıb? Göründüyü kimi, suallar çoxdur.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın uğurlu daxili dini siyasəti nəticəsində bu gün ölkədə siyasi dini cərəyan sıfıra bərabərdir. Müstəqilliyimizin ilk illərində Qumdan gələn tapşırıqla ölkədə siyasi islamın toxumları səpilsə də, dövlət gücləndikcə Ocaq Nejat başda olmaqla, bu yöndə təxribat fəaliyyəti ilə məşğul olanlar ya ölkədən uzaqlaşdırıldı, ya da zərərsizləşdirildi. Məsələn, İslam Pariyası, Cəfəri Heyəti və digər siyasi islamçılar bu gün siyasi səhnədən siliniblər. Belə olan məqamda fəaiyyətində siyasi islamın izləri açıq ortada olan “Zeynəbiyyə”nin dövlət qurumu ilə ortaq fəaliyyəti ölkə içinə də mənfi impluslar göndərməyə son dərəcə açıqdır. Belə ki, “Zeynəbiyyə” neytral dini kontingent üçün növbəti Qum ola bilər və onlar bu məsələdə dövlət qurumunun mövqeyini əsas götürərək, dini-siyasi lider Səlahəddin Özgündüzü özlərinə rol modeli seçə bilərlər və yatan siyasi islami hücrələr oyana bilər.

 media-whatsapp-image-2026-03-03-at-21-23-44-2

Digər məqam isə ondan ibarətdir ki, “Zeynəbiyyə” daha əvvəl də müxtəlif siyasi proseslərdə aktiv mövqe nümayiş etdirib. Həm uzun illər Türkiyə müxalifətinin əsas sosial bazalarından biri olub, Səlahəddin Özgündüzün qardaşı Əli Özgündüz Cümhuriyyət Xalq Partiyasından millət vəkili olub. Eləcə də “Zeynəbiyyə” vaxtilə Azərbaycanın İstanbul Baş Konsulluğu önündəki aksiyaların mərkəzində yer almışdı. Bu baxımdan, qurumun sadəcə dini fəaliyyətlə məhdudlaşmadığı barədə fikirlər mövcuddur. Üstəlik, yuxarıda da qeyd etdiyimiz kimi, bir gün öncə İrana dəstək üçün İsrail və ABŞ konsulluqları önündə “bir milyonluq lənət yürüş-mitinqi” keçirən bir camaatı bir gün sonra həm ziyarət edib, həm də bərabər iftar süfrəsi açmağın izahı naməlumdur. Belə bir fonda mühüm dövlət qurumunun həmin təşkilatla açıq və nümayişkaranə əməkdaşlığı həm daxili, həm də xarici ictimaiyyət tərəfindən fərqli cür interpretasiya oluna bilər.

Şübhəsiz ki, Azərbaycanın xarici siyasət kursu prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilir və bu kurs balans üzərində qurulub. Dövlət qurumlarının da həmin xəttə uyğun davranması gözlənilir. Ona görə də yaranan suallara rəsmi açıqlama verilməsi ictimai müzakirələrin qarşısını ala və mövcud ziddiyyət təsəvvürünü aradan qaldıra bilər.

İnanılır ki, Komitə sədri Ramin Məmmədov bu məsələ ilə bağlı mövqeyini açıqlayacaq və əməkdaşlığın mahiyyəti, məqsədi barədə ictimaiyyətə aydınlıq gətiriləcək. Çünki Azərbaycanın həssas geosiyasi mühitdə apardığı balans siyasəti hər detalda diqqət və dəqiqlik tələb edir.

Sonda onu da qeyd etməliyik ki, Səlahəddin Özgündüzü Azərbaycana ilk dəfə dəvət edən Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə olub. Ancaq şeyx hər zamankı kimi, diplomatik davranaraq, Özgündüzlə olan əlaqəsində məsafəni qoruyub. Görünən odur ki, illərin təcrübəsi özünü hər yerdə göstərir. Bəzən heç yerdə görünməyərək…(yenicag.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam