HÖRMÜZ KİMİN “BOĞAZINDA QALACAQ”? –“Artıq müharibənin nə vaxt bitəcəyini İran müəyyən edir”

İranda davam edən savaşın səbəb və məqsədlərindən birinin də neft olduğu heç kim üçün sirr deyil. Burada söhbət təkcə İranın özünün nəhəng neft ehtiyatlarından və bazara təsir imkanlarından yox, həm də İran sahillərindən keçən və dünya neft daşımalarının beşdə birinin həyata keçirildiyi Hörmüz boğazına nəzarətdən gedir…

O bir qədər də irəli gedərək əlavə edib ki, “artıq müharibənin nə vaxt bitəcəyini İran tərəfi müəyyən edir”. Onun dediyinə görə, İran Silahlı Qüvvələri ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisi “Gerald R. Ford”un Hörmüz boğazına gəlməsini "səbirsizliklə gözləyir" və əlavə edib ki, ABŞ-nin digər təyyarədaşıyan gəmisi olan “Abraham Linkoln” bölgədən 1000 kilometrdən çox məsafədə durmağa məcburdur.
SEPAH sözçüsünün dediklərində və Hörmüzün İranın nəzarətində olmasına dair xəbərdə müəyyən dərəcədə həqiqət var. Məsələ ondadır ki, İran özü bu boğazda normal hərəkət edə bilməsə də, gəmiləri vurulsa da, başqalarını da hərəkət etməyə qoymaya bilir. Belə ki, boğazın sahili boyu quru ərazi İran qüvvələrinin tam nəzarətindədir və oradan istənilən “kol dibindən” adi kiçik PUA-lar və sadə dronlarla belə boğazdan keçən tankerləri vurmaq olur. Ona görə də ya ABŞ və İsrail bu quru ərazini bir neçə kilometr dərinliyə qədər tam nəzarətə götürməli, ya da İrana elə zərbələr vurmalıdır ki, Hörmüzdəki hərəkətə mane olmaqdan vaz keçməyə məcbur olsun.

SEPAH rəsmi sözçüsünün yuxarıda qeyd etdiyimiz açıqlamalarından sonra Donald Tramp sosial media hesabı “TruthSocial”-da yazıb ki, Tehran Hörmüz boğazından neft tədarükünü dayandırarsa, ABŞ İrana "20 dəfə daha güclü" zərbə endirəcək: "Əgər İran Hörmüz boğazından neft axınını dayandıran hər hansı bir tədbir görərsə, Amerika Birləşmiş Ştatları onlara 20 dəfə daha güclü zərbə endirəcək".
Bu arada Tehranın strategiyası ilə tanış olan İrandakı mənbə CNN-ə bildirib ki, İran Fars körfəzində ABŞ-nin müttəfiq ölkələrinə məxsus neft tankerlərinə və kommersiya gəmilərinə "təhlükəsizlik rüsumları" tətbiq etmək, yəni, “haqq qoymaq” planlarına malikdir. Mənbə CNN-ə deyib ki, "Qlobal neft qiymətlərini tənzimləyən vintləri biz əlimizdə saxlayırıq və ABŞ qiymətləri idarə etmək üçün addımlar atmağımızı uzun müddət gözləməli olacaq".
Bir daha xatırladaq ki, Hörmüz boğazı dünya neftinin təxminən 20%-ni və qlobal mayeləşdirilmiş təbii qaz tədarükünün 30%-ə qədərini idarə edir və planetin ən vacib enerji arteriyası hesab olunur.
Göründüyü kimi, Hörmüz uğrunda savaş ümumilikdə İran – ABŞ, İsrail savaşının vacib elementinə çevrilib və bu boğazın tərəflərin hansınınsa “boğazında qalacağı” ehtimalı getdikcə artır…(Azpolitika)
C.Məmmədli









AZ
RU