Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

ETSN beynəlxalq tədbirin təşkili üzrə təcrübəsi olmayan şirkətlə müqavilə bağladı –DETALLAR

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir mənbədən satınalma metodu tətbiq etməklə 2026-cı ilin 5 iyun tarixində Bakı şəhərində BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən keçiriləcək “Ümumdünya Ətraf Mühit Günü” – WED2026 (World Environment Day) çərçivəsində yüksək səviyyəli beynəlxalq tədbirin təşkili ilə əlaqədar xidmətlər üzrə “LEGACY EVENTS MANAGEMENT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 445.480,92 manat dəyərində müqavilə bağlayıb. Məlumat satınalmaların portalında 28.04.2026-cı ildə dərc edilib.
Yenixeberorg.com: Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qanunun tələblərindən də göründüyü kimi, beynəlxalq tədbirin təşkili işlərinin satın alınması məxfi məlumatla əlaqəli satınalma hesab oluna bilməz. Amma göründüyü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir mənbədən satınalma metodu ilə bağladığı müqavilə 2026-cı ilin 5 iyun tarixində Bakı şəhərində keçiriləcək beynəlxalq tədbirin təşkili ilə əlaqədardır. Yəni qurum Qanunun da yol verdiyi kimi satınalma predmetinə təcili tələbat yarandığına görə bir mənbədən satınalma metodu tətbiq edib.
Bu Qanunun digər tələblərinin pozulmaması şərti olmalıdır. Nazirliyin müqavilə bağladığı “LEGACY EVENTS MANAGEMENT” MMC konkret təchizatçı da deyil, sözügedən satınalma predmetinin də kifayət qədər əvəzedicisi və alternativi var.
Amma göründüyü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi cəmi bir il əvvəl dövlət qeydiyyatına alınmış və analoji işlərdə heç bir təcrübəsi olmayan bir MMC ilə satınalma müqaviləsi bağlamışdır.
Qeyd edək ki, açıq mənbələrdə “LEGACY EVENTS MANAGEMENT” MMC barəsində heç bir məlumat yoxdur. Bu günə qədər hansısa rəsmi bir beynəlxalq səviyyəli tədbirin təşkilatçısı olsaydı sosial şəbəkələrdə və yaxud mediada bir xəbər yayılmış olardı. Yəni,ən azından analoji işlərdə təcrübəsinin olduğu bəlli olardı. Amma bununla bağlı heç bir məlumat yoxdur. Yalnız, bu rəsmi məlumatdan başqa.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LEGACY EVENTS MANAGEMENT” (VÖEN: 1605717101) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 07.03.2025-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, YAVƏR ƏLİYEV, ev.1b, m.1/30, qanuni təmsilçisinin isə İsayev İsmayıl Abdulla oğlu olduğu qeyd edilib. MMC Quliyeva Gülnaz Arif qızı tərəfində təsis edilib.
Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi MMC bir il iki ay əvvəl yaradılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu MMC ilə müqavilə bağlayarkən təchizatçıların uyğunluq göstəriciləri ilə bağlı tələbləri gözardı etdiyi açıq aşkar görsənmədir. Bu MMC-nin rəsmi bir beynəlxalq səviyyəli tədbirin təşkil etmək üçün maddi tüxniki bazası, dil biliklərinə sahib işçi qüvvəsi varmı? Bu suallar qaranlıq qalmaqdadır və ümumiyyətlə “LEGACY EVENTS MANAGEMENT” MMC-nin ETSN-də kimlərəsə bağlı olduğunu istisna etmir.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər naziri Rəşad İsmayılovdur. O, Prezident İlham Əliyevin 10 fevral 2026-cı il tarixli Sərəncamı ilə sözügedən vəzifəyə təyin edilmişdir. Rəşad İsmayılov daha əvvəllər Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Aparat rəhbəri, 2024-2026-cı illərdə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifələrində işləmişdir.
Göründüyü kimi Rəşad İsmayılov Ekologiya və Təbii Sərvətlər naziri vəzifəsinə qısa müddətir təyin olunmasına baxmayaraq artıq şübhəli şirkətlərlə işbirliyinə başlanılıb. Belə bir mötəbər, beynəlxalq səviyyəli tədbirin təşkili işlərini həvale etdikləri “LEGACY EVENTS MANAGEMENT” MMC-ni isə çox güman ki, özlərindən başqa heç kim tanımır.
Aktualinfo.net

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam