Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ölkədən külli miqdarda pul çıxarmaqda ittiham olunmuş "Diamond Motors” nazirliyin qalibi oldu

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tabeliyindəki Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması məqsədilə irimiqyaslı satınalma həyata keçirib.

Yenixeber.org: Mərkəzə məxsus  "Mitsubishi L 200" markalı pikapların texniki servisi üçün ixtisaslaşmış şirkət seçilib.

Satınalma prosesinin nəticəsi olaraq, Agentlik ilə "Diamond Motors" MMC arasında rəsmi müqavilə imzalanıb. Müqavilənin ümumi dəyəri 105.689,09 AZN təşkil edir.

Qeyd edək ki, nizamnamə kapitalı 200 AZn olan şirkətin qanuni təsmilçisi RƏŞAD ƏLİYEV AKİF OĞLUdur. 

 Kənd Təsərrüfatı Nazirliyinə Məcnun Məmmədov, Aqrar Xidmətlər Agentliyinə isə Sərdar Hacıyev rəhbərlik edir.

Xatırladaq ki, 2024-cü ildə “Mitsubishi Motors”un Azərbaycandakı rəsmi dileri “Diamond Motors” MMC-yə qarşı valyuta vəsaitlərinin xaricdən geri qaytarılmaması səbəbindən cərimə protokolu tərtib edilib. Şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsini pozaraq, avans yolu ilə xaricə köçürülmüş vəsaitin müqabilində qanunla müəyyən edilmiş iki il ərzində malları ölkəyə idxal etməməkdə ittiham olunub. Hüquqi tənzimləmələrə əsasən, bu növ xətalar ölkədən qanunsuz valyuta çıxarılmasının qarşısını almaq məqsədi daşıyır və şirkətlər üçün köçürülən məbləğin 20 faizindən 30 faizinədək yüksək məbləğdə cərimələr nəzərdə tutur.(32gun.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam