Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bir ildə 58 tender udan "Gillmed Zəngilan" etibarsız təchizatçı çıxdı —SƏBƏB

Satınalma müsabiqələrində fəal iştirak edən və əsasən kotirovka sorğularının qalibi seçilən "Gillmed Zəngilan" MMC etibarsız təchizatçılar siyahısına salınıb. 

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, şirkət növbəti il avqust ayının 3-dək satınalma müsabiqələrində iştirak edə bilməyəcək. 
"Gillmed Zəngilan" MMC-nin "qara siyahı"ya salınması satınalma müqaviləsinin icrasından boyun qaçırması ilə bağlıdır. Lakin konkret hansı qurumla bağlanmış müqavilədən söhbət getdiyi məlum deyil. 
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmadan məlum olur ki, şirkət sonuncu dəfə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə imzalayıb. Maliyyə dəyəri 14.333,46 manat olan müqavilədə işçi geyimlərinin və təhlükəsizlik ləvazimatlarının satın alınması nəzərdə tutulur. Ümumiyyətlə isə şirkət ötən ilə nə az, nə çox, 58 satınalma müqaviləsi imzalayıb. 
"Gillmed Zəngilan" MMC 29 avqust 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Zəngilan rayonu, Ağalı kəndi, ev 4-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılzadə Bəhruz Mirsaleh oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.(Qaynarinfo) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam