Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"ZN Trade" MMC "tender kralı"na necə çevrildi?

"Tender kralı" kimi tanınan "ZN Trade” MMC yeni ilin ilk ayında Sosial Xidmətlər Agentliyinin keçirdiyi satınalma müsabiqəsinin qalibi seçilib. 
Yenixeber.org: Müsabiqə dəftərxana mallarının satın alınması ilə bağlı keçirilib. Tərəflər arasında 148 618,45 manat dəyərində satınalma müqaviləsi imzalanacaq. 
Sosial Xidmətlər Agentliyi bu məbləğə xətkeş, yağlı boya, kley, vatman kağızı, Azərbaycan xalq nağıllar toplusu, zərf və s. bu kimi dəftərxana ləvazimatları alacaq. 
"ZN Trade” MMC satınalma müsabiqələrində fəal iştirak edən şirkətlərdəndir. Şirkət daha çox Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi, Sosial Xidmətlər Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və Protez-Ortopedik İstehsalat və Reablitasiya Mərkəzinin keçirdiyi tenderlərin qalibi seçilir. 
Mediada "ZN Trade” MMC-nin "tender kralı” kimi təqdim edilməsi şirkətin yuxarıda adı qeyd edilən qurumların keçirdiyi əksər tenderləri qazanması ilə əlaqədardır. Dövlət satınalmalarının vahid elektron portalında tenderlərlə bağlı yerləşdirilən məlumatlara diqqət etdikdə "ZN Trade” MMC-nin sözgüedən qurumların keçirdiyi tenderlərin xaricində heç bir müsabiqənin qalibi seçilməyib. 
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "ZN Trade” MMC-nin 9 sentyabr 2022-ci ildə qeydiyyata alındığı göstərilir. Şirkət yaranandan ik ay sonra Protez-Ortopedik İstehsalat və Reablitasiya Mərkəzinin mexaniki təkərli və mühərrikli təkərli oturacaqların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 3 758 808,58 manat olub. 
İki aydır fəaliyyət göstərən şirkətin belə bir iri məbləğli tenderin qalibi seçilməsi müəyyən suallar yaradır. Qanunvericiliyə görə, tenderə qatılan şirkətlərin müvafiq sahədə peşəkarlığı və təcrübəsi, maddi-texniki bazası və işçi qüvvəsi olmalıdır. 
Yeri gəlmişkən, "ZN Trade” MMC-nin hazırda 126 996,74 manat vergi borcu var. 
MMC-nin sahibinin kimliyi haqqında dəqiq məlumat yoxdur. Reyestr məlumatlarında şirkətin qanuni təmsilçisi kimi Kərimov Nüsrəddin Yolçu oğlunun adı qeyd edilib. Nüsrəddin Kərimov haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. 
Mediada gedən məlumatlarda isə şirkətin sahibi kimi əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramovun adı çəkilir. O, nazir müavini təyin olunmamışdan öncə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam