Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Eldar Əzizovun Yaşıllaşdırma İdarəsi rəqəmləri belə şişirdir -654 minlik tender...

Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan Yaşıllaşdırma İdarəsi son 4 ayda ikinci tenderinə yekun vurub.

Yaşıllıqların salınması üçün ağac, bitki kollarının və əlaqəli malların satınalınmasını əhatə edən tenderin qalibi “SAFFİRA PLUS” MMC olub. 

Yenixeber.org: Açıq mənbələrdə qeyd edilir ki, tərəflər arasında 654 min 115 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. 

Müqaviləyə əsasən “SAFFİRA PLUS” MMC Yaşıllaşdırma İdarəsinə 25 min ədəd qızıl gül, 25 min ədəd Xrizantema, 40 min ədəd Primula, 17 min ədəd Kalendula, 15 min ədəd Brassica, 700 ədəd Leylandr, 1800 ədəd Alyandr, 3500 ədəd Sərv ağacı, 4000 ədəd Eldar şamı, 2500 ədəd Tuya, 800 ədəd Tuya limonlu, 25 min ədəd Geran, 1200 ədəd zeytun və 7000 ədəd Şəmşad bitkisi alacaq.

Qeyd edək ki, BŞİH-in Yaşıllaşdırma İdarəsi son bir ildə yaşıllıqların salınması üçün ağac, bitki kollarının və əlaqəli malların satınalınması prosesini ikinci dəfə həyata keçirir. Sonuncu belə bir satınalma prosesi ötən ilin oktyabrında reallaşdırılıb. Həmin vaxt tenderin qalibi “EKO FERMA AZƏRBAYCAN” MMC olub. Tərəflər 222 min 20 manata anlaşıblar.

Qısa araşdırma zamanı məlum olub ki, “SAFFİRA PLUS” MMC (VÖEN: 6701559471) 26.01.2023-cü ildə dövlət qeydiyyatına alınıb. Dövlət reyestrində cəmiyyətin təsisçisi və rəhbəri Cəbrayıl rayonu, Minbaşılı kəndində qeydiyyatda olan Zeynalova Nurlana Şahin qızı qeyd olunub. Dövlət reyestrində “SAFFİRA PLUS” MMC-nin hüquqi ünvanı isə Saatlı rayonu, Əlisoltanlı kəndi yazıllıb.

Bizimesr.az bildirir ki, sadə bazar araşdırması aparmaqla alınacaq malların Azərbaycanda bazar qiymətlərini öyrənməklə, nə qədər vəsaitin mənimsənilməsinin şahidi olmaq olar. Alınacaq məhsullar ümumilikdə 200 min manat etmir. Amma bu malların alınması üçün 654 min 115 manat xərclənməsi nəzərdə tutulub. Uzağı bu məhsulların qiymətini bir dəfə də bahalaşdırsaq yenə bu eləmir... Bu fakt aidiyyatı qurumlar tərəfindən araşdırılmalıdır.(bizimesr.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam