Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Qarabağ” millimizin üzvünün Polşa klubuna keçidinə icazə verdi -Rəsmi açıqlama

 

Azərbaycan yığmasının və “Qarabağ”ın müdafiəçisi Rahil Məmmədov özünə yeni klub tapıb.

Klubdan Yenixeber.org-a verilən məlumata görə, futbolçu hazırda Polşanın LKS klubu ilə danışıqlar aparır.

Böyük ehtimalla R.Məmmədov bu klubla müqavilə imzalayacaq. Amma hələ ki, transfer tam reallaşmayıb.

***

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev açıqlamasında R.Məmmədovun gedişini təsdiq edib: “Rahil Məmmədov ona Polşa klubundan təklif gəldiyini, “Qarabağ” icazə verərsə, Avropada legioner həyatı yaşamaq istədiyini bildirdi. Məşqçilər korpusu və rəhbərlik yerli futbolçunun Avropada oynamaq şansını və perspektivini nəzərə alaraq Rahilə getməklə bağlı icazə verdi. Futbolçu yaxın günlərdə həkim kontrolundan keçəcək. Prosesin uğurla nəticələnəcəyi halda, klubumuz Rahilin keçidinə şərait yaradacaq. Klubumuz hər zaman idman prinsiplərini üstün tutur və nəticələrlə azarkeşlərimizi sevindirmək əsas prioritetdir. Bildiyiniz kimi hazırkı qış transfer dönəmində bir neçə futbolçumuza təkliflər olsa da, heç bir futbolçunun buraxılmaması qərarı verilmişdi. Amma baş məşqçimiz Qurban Qurbanov Rahilin milli komandamızın üzvü olmasını, legioner həyatı yaşamaq istəyini və karyera perspektivini nəzərə alaraq bu təklifin istisna hal kimi dəyərləndirilməsini istədi və rəhbərlik məsələyə etiraz etmədi”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam