Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Avropa çempionatı -Daha 5 yunan-Roma güləşçimiz mübarizəyə başlayır

Avropa çempionatı: Daha 5 yunan-Roma güləşçimiz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 5 yunan-Roma güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.

Yenixeber.org: Murad Bazarov (60 kq) və Zamir Məhəmmədovun (97 kq) ilk görüşü 1/4 final mərhələsinə təsadüf edəcək. Namaz Rüstəmov (67 kq) və Tuncay Vəzirzadə (82 kq) yarışa 1/8 final mərhələsindən qoşulacaq.

Xasay Həsənli (72 kq) isə təsnifatda mübarizəyə start verəcək.

60 kq
1/4 final: Murad Bazarov - Qleb Makaranka (Belarus)

67 kq
1/8 final: Namaz Rüstəmov - Mate Nemes (Serbiya)

72 kq
Təsnifat: Xasay Həsənli - Valentin Petiç (Moldova)

82 kq
1/8 final: Tuncay Vəzirzadə - Mixail Bradu (Moldova)

97 kq
1/4 final: Zamir Məhəmmədov - Balaş Kiss (Macarıstan)

Bu gün eyni zamanda yunan-Roman güləşinin 5 çəki dərəcəsi üzrə təsəlliverici və medal görüşləri olacaq. Azərbaycan təmsilçilərindən Eldəniz Əzizli (55 kq) bürünc medal uğrunda görüşdə Fabian Şmitt (Almaniya)/Mattias Poutanen (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Taleh Məmmədov (63 kq) finalda Cambolat Lokyayevin (Rusiya) müqavimətini qırmağa çalışacaq. Son Avropa çempionu Sənan Süleymanov (77 kq) isə təsəlliverici görüşdə Varujan Qriqoryanla (Ermənistan) görüşəcək.

55 kq

Bürünc medal görüşü: Eldəniz Əzizli - Fabian Şmitt (Almaniya) / Mattias Poutanen (Finlandiya)

63 kq

Final: Taleh Məmmədov - Cambolat Lokyayev (Rusiya)

77 kq

Təsəlliverici görüş: Sənan Süleymanov - Varujan Qriqoryan (Ermənistan)

Qeyd edək ki, seçmə mərhələ və təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 13:30-da, yarımfinal qarşılaşmaları saat 18:45-də, medal mücadilələri isə saat 20:00-da başlanacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam