Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Anatoli Nuriyevdən -Azərbaycan millisi ilə bağlı açıqlama

Anatoli Nuriyevdən Azərbaycan millisi ilə bağlı açıqlama

"Açığı, özümü beynəlxalq səviyyədə sınamaq istəyimə baxmayaraq, hələlik şərh ediləsi xüsusi bir şey yoxdur. Azərbaycan millisində oynaya biləcəyimlə bağlı söhbətlər ilk dəfə 1 il öncə başladı. Axı, ata tərəfdən bu ölkə ilə bağlılığım var".

Yenixeber.org: Bu fikirləri Ukraynanın "Minay" klubunun kapitanı Anatoli Nuriyev Azərbaycan yığmasına dəvət alması barədə danışarkən deyib.

25 yaşlı hücumçu hələlik təfərrüatları açıqlamaq istəmədiyini bildirib: "Bu işlə AFFA məşğul olur. Ona görə də detalları açmaq istəmirəm. Mənim işim "Minay" üçün oynamaq və peşəkarlığımı göstərməkdir. Düşünürəm ki, məsələ yazda - DÇ-2022-nin seçmə mərhələsi başlayanda dəqiqləşəcək. Çünki təqvimə görə, Azərbaycan martın 24-də səfərdə Portuqaliya, 30-da isə evdə Serbiya ilə qarşılaşacaq".

Nuriyev daha əvvəl Ukrayna millisində çıxış etmək arzusunda olduğunu bildirsə də, hazırda bunun asan olmayacağını etiraf edib: "Hər zaman belə bir arzum olub. Lakin orada çox yüksək rəqabət var. Ölkənin əsas komandasında debüt etmək bir yana, yığmaya çağırılmağım belə gözlənilmir".

Qeyd edək ki, Anatoli Nuriyev Ukrayna Premyer Liqasında cari mövsümün ilk hissəsində 5 qol vurub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam