Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Bakıda çörək zavodunun direktoru - şantaj olundu

Bakıda çörək zavodunun direktoru şantaj olundu

Bakıda “Nur” çörək zavodunun direktoru şantaja və pul tələbinə məruz qalıb.

 

Yenixeber.org: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindəki mənbə məlumat verib.

Dekabrın 28-də müəssisənin direktoru, 1977-ci il təvəllüdlü Söhrab Cabbarov 17-ci Polis Bölməsinə müraciət edərək, saat 09:00 radələrində Ziyad adlı birinin ona zəng etdiyini deyib. O, “Nur” zavodunda hazırlanmış çörəkdən bir parça rezin tapdığını bildirib.

Həmin adam sahibkara tələb olunan məbləği ödəməyəcəyi təqdirdə keyfiyyətsiz məhsulla bağlı Qida Təhlükəsizliyi Agentliyinə şikayət edəcəyi ilə hədələyib. Onun zavod direktorundan nə qədər pul tələb etdiyi hələlik bilinmir.

Faktla əlaqədar istintaq başladılıb, şübhəli şəxsin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, bu, Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini Ziyad Abbasovdur.

Oxu.az-ın əməkdaşı ilə telefon danışığında zavod direktoru məlumatı təsdiqləyib, ancaq istintaq getdiyini bildirərək, şərh verməkdən imtina edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam