Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gənc Tamaşaçılar Teatrının - tavanı çöküb

 

Gənc Tamaşaçılar Teatrının binasının tavanı çöküb.

Yenixeber.org:   Hadisə bir neçə gün bundan əvvəl baş verib. 

Faktı  teatrın Mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva təsdiqləyib.

Onun sözlərinə görə, hadisə tətil günlərində baş verib: "Hadisə baş verən zaman zalda heç kim olmayıb. Biz məzuniyyətdən qayıdanda artıq bu hadisə baş vermişdi. Teatrın sadəcə olaraq tavanında çökmə olub. Hazırda tavanda təmir işləri aparılır, demək olar ki, təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Tavanın çökməsi teatrın yeni mövsümünün fəaliyyətinə heç bir maneə törətməyib. Biz artıq bu həftənin sonundan yeni mövsümə başlayacağıq".

Qeyd edək ki, "Facebook"da Gənc Tamaşaçılar Teatrında tamaşa vaxtı qəfildən tavanın çökdüyü barədə məlumatlar yayılıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam