Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

“Gənclik Mall”da 5 nəfərin telefonunu oğurlayan şəxs saxlanılıb

 

Bakının Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən paytaxt ərazisində insanların sıx olduğu ticarət mərkəzlərində oğurluqla məşğul olan şəxs saxlanılıb


Yenixeber.org: Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Orxan Gözəlli tutulub.

Araşdırma zamanı onun Nərimanov rayonunda yerləşən “Gənclik Mall” ticarət mərkəzində ayrı-ayrı şəxslərə məxsus 5 ədəd mobil telefon oğurladığı məlum olub. Belə ki, O.Gözəlli həmin obyektdə insanlar yemək yeyən zaman stolların üsdündə olan və nəzarətsiz qalan mobil telefonları oğurlayıb. İstintaq zamanı saxlanılan şəxsin əldə etdiyi mobil telefonları satdığı məlum olub.

Qeyd edək ki, saxlanılan şəxsin ticarət mərkəzində etdiyi oğurluqlar obyektin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Göstərilən faktlarla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Saxlanılan şəxsin digər cinayətlərdə iştirakı da istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinə müraciət edə bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam