Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Ata iki oğlu ilə birlikdə dəmir yolu stansiyalarından oğurluq edib

 

Ucar sakini Etibar Buludxan oğlu Hüseynov və onun iki oğlu - Məmmədov Nicad və Məmmədov Ehtiram bu il mayın 1-dən başlıyaraq müxtəlif vaxtlarda Yevlax- Ucar dəmir yolu xətti istiqamətində yerləşən bir neçə stansiyada quraşdırlan işıqforların drosser transformatorlarının mis hissələrini kəsib götürüb

Yenixeber.org:  Onların əməlləri nəticəsində dəmiryol infrastrukturuna ümumilikdə 26 min manatdan çox ziyan dəyib. Oğurladıqları materialları isə özlərinə məxsus avtomobillə Ucar rayonunda satıblar. 

DİN-in Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Yevlax Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən görülən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxslərdən biri - E.Hüseynov qarət zamanı saxlanılıb. Onun oğlanları isə hadisə yerindən qaçıblar.

Saxlanılan 48 yaşlı Etibar Hüseynov əməlini etiraf edərək kəsdikləri mis naqillərin bir qismini satdığını bildirib. O, qənimətləri müəyyən etmək üçün maqnitdən istifadə etdiyini və sonra kəsdiyini deyib. Saxlanılan şəxs yüksək gərginlik altında özünü və qatrada hərəkət edən insanları təhlükəyə ataraq törədiyi əməldən peşmançılıq hissi keçirdiyini deyib.

Faktla bağlı araşdırma başlanılıb və oğurluğu törədən daha iki nəfərin saxlanılması istiqamətində işlər davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam