Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Müsəlman Birliyi”nə dəstək verən silahlı şəxslər tutuldu

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən şəhər sakini Elnur Cabbarov tutulub.

Xeberinfo.com:   Daxili İşlər Nazirliyi xəbər verir ki, ondan 2 ədəd “F-1” qumbarası və 2 ədəd kitabça (“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) aşkar edilərək götürülüb.

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən Elnur Mehdiyevin mənzilindən 2 ədəd “F-1” qumbarası, 2 ədəd “RQD-5” qumbarası, 3 ədəd patron darağı, 57 ədəd avtomat patronu, 18 ədəd dini ədəbiyyat, 1 ədəd dini məzmunlu qəzet və 3 ədəd kitabça (“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) aşkar ediləkərək götürülüb.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən Elgün Axundov tutulmuş, onun Binəqədi qəsəbəsindəki evindən 2 ədəd “F-1” qumbarası və 22 ədəd patron götürülüb.

Qeyd edək ki, bundan əvvəl Sabirabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən isə noyabrın 30-da İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə həbs olunmuş Mötəbər Babayevin məlum Nardaran hadisəsində iştirak etməsi və “Müsəlman birliyi” adlı hərəkatın üzvü olan Rövşənin ona saxlamaq məqsədi ilə avtomat silah verməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə M.Babayevin Xankeçən kəndinin yaxınlığında gizlətdiyi 1 ədəd “AKMS” markalı silah, 1 ədəd parton darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam