Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hiroşima şəhərinə edilən nüvə hücumundan 70 il ötür

 

Hiroşima (Xirosima) şəhərinə nüvə bombası hücumu zamanı 140 mindən çox insan həlak olub.
 
"Xeberinfo.com":   ANS PRESS-in məlumatına görə, 1945-ci il avqust ayının 6-sında Amerika Birləşmiş Ştatları hərbi hava qüvvələri Hiroşima şəhərinə nüvə bombası ilə hücum etmiş, nəticədə 140 mindən çox insan həlak olmuşdu. 
 
Şəhərin 60 faizi partayış nəticədində tamamilə dağılmışdı. Yanğınlar və güclü radiyasiyanin səbəb olduğu xəstəliklərdən insanlar indi də əziyyət çəkirlər.
 
Hiroşima şəhəri indi yenidən qurulsa da, ölkə əhalisi hadisəni əbədi olaraq tarixlərinə həkk ediblər. Bu gün erkən saatlardan başlayaraq hücum nəticəsində həlak olan insanların xatirəsi yad edilib. Minlərlə insan Hiroşima Sülh Xatirə Parkında bir araya gəliblər. Mərasimdə ölkənin baş naziri Sindzo Abe də iştirak edib.
 
Nazir bildirib ki, Yaponiya nüvə hücumuna məruz qalmış və bunun nə demək olduğunu anlayan bir ölkə kimi dünyada nüvə silahının məhv edilməsinə ən çox çalışan ölkə olmalıdır.
 
“Yaponiya nüvə silahlı olan və olmayan ölkələrlə əməkdaşlıq etmək üçün çağırışlar edəcək. Və mən nüvə silahlı olmayan bir dünyanın qurulması üçün qətiyyətlə çalışacam”, Sindzo Abe deyib.
 
Mərasimdə, eyni zamanda, ABŞ prezidenti Barak Obamaya müraciət olub. Dövlət rəsmiləri Obamanı dünyanın nüvə silahından təmizlənməsi üçün addımlar atmağa çağırıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam