Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Mənfi hallar aradan qaldırılır"

 

“Yaradılmasının 10 illiyini qeyd edən Məhkəmə-Hüquq Şurası da ölkəmizin hərtərəfli tərəqqisi, müstəqil məhkəmə hakimiyyətinin inkişafı naminə fəaliyyət göstərməkdədir”

"Xeberinfo.com":  Məlumata görə, Bunu baş prokuror Zakir Qaralov Məhkəmə-Hüquq Şurasının (MHŞ) fəaliyyətinin 10 illiyinə həsr olunan “Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib. “Ötən 10 il ərzində Məhkəmə-Hüquq Şurası tərəfindən ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və tədrisinin müasir tələblər səviyyəsində təşkili, icra intizamının möhkəmləndirilməsi, qanun pozuntusu, süründürməçilik və digər mənfi halların aradan qaldırılması üzrə genişmiqyaslı tədbirlər görülüb. Həmçinin aparılmış məhkəmə-hüquq islahatları nəticəsində ölkəmizdə hakimliyə namizədlərin Avropada ən mütərəqqi və şəffaf üsullarla seçilməsi qaydası tətbiq olunub”.
O qeyd edib ki, Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsinin səmərəli fəaliyyəti prokurorluq orqanlarında da öyrənilir və həmin qurumların qabaqcıl təcrübəsi nəzərə alınır: “Bu isə Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsi ilə prokurorluq orqanlarının səmərəli fəaliyyəti, sıx əməkdaşlığı, qarşılıqlı təcrübə mübadiləsi nəticəsində mümkün olub. Məsələn, Hakimlərin Seçki Komitəsinin uğurlu təcrübəsindən Baş Prokurorluğun işə qəbul üzrə Müsabiqə Komissiyasında istifadə edilib”.
Zakir Qaralov deyib ki, hazırda məhkəmə hakimiyyətinin müstəqilliyinin daha da artırılması, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi, hakimlər arasında ixtisaslaşmanın aparılması, yuvenal ədliyyənin inkişafı və digər mühüm istiqamətlərdə işlər müsbət beynəlxalq təcrübəyə əsaslanmaqla davam etməkdədir: “Yaradılmasının 10 illiyini qeyd edən Məhkəmə-Hüquq Şurası da ölkəmizin hərtərəfli tərəqqisi, müstəqil məhkəmə hakimiyyətinin inkişafı naminə fəaliyyət göstərməkdədir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam