Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

3 azərbaycanlını öldürən rusiyalı ələ keçdi -17 ildən sonra

 

3 azərbaycanlını öldürən rusiyalı ələ keçdi - 17 ildən sonra
 Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Sankt-Peterburqun Nevski rayonunda üç nəfəri öldürməkdə şübhəli bilinən rusiyalını (ad və soyadı açıqlanmır) Penza şəhərində saxlayıb.
Yenixeber.org: "Moskovski komsomolets”in məlumatına görə, hadisə 2002-ci ildə baş verib.
Əvvəllər də məhkum olmuş şəxs iyunun 2-də ərzaq almaq üçün Həmrəylik prospekti ilə Podvoysk küçəsinin kəsişməsində yerləşən dükanlar tərəfə gedib. Saxlanılan üç azərbaycanlı ilə arasında baş verən söz mübahisəsi və davanın səbəbini xatırlamır.
Azərbaycanlılar tərəfindən ərazidən qovulan 33 yaşlı Leninqrad sakini bu cür təhqirə dözməyib. Bir müddətdən sonra o, dostları ilə bərabər geri dönüb. Lakin söhbət yenə də alınmayıb və bu zaman saxlanılan opponentlərinə yeddi güllə vurub. Kişilərdən biri hadisə yerində, digər ikisi isə xəstəxanada həyatını itirib. Qatil ərazidən qaçıb. Özünə yeni sənədlər hazırlayan cinayətkar Rusiyanın regionlarını və dünya ölkələrini gəzib.
Nəhayət, bir müddətlik Penzada qalmaq qərarına gələn şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Üç nəfəri öldürməkdə ittiham olunan şəxs artıq Sankt-Peterburqa aparılıb. İstintaq komitəsi cinayət işinin istintaqını yeniləməyi planlaşdırır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam