Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Pekin Tehranın etibarlı strateji tərəfdaşıdır -RƏSMİ

Çinin xarici işlər naziri Van İ və iranlı həmkarı Abbas Əraqçi

Çin İranın etibarlı strateji tərəfdaşıdır.

Yenixeberorg.com: Bu barədə Çinin xarici işlər naziri Van İ iranlı həmkarı Abbas Əraqçi ilə Pekində keçirilən görüş zamanı bildirib.

Nazir qeyd edib ki, Çin İranla strateji əməkdaşlığa böyük önəm verir.

“Pekin Tehranla siyasi etimadı daha da gücləndirməyə və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə hazırdır”, - Van İ əlavə edib.

O, eyni zamanda, yüksək səviyyəli təmasların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı nüvə məsələsinə də toxunan Çin XİN rəhbəri İranın hüquqlarını dəstəklədiklərini bildirib.

“Çin İranın nüvə silahı hazırlamaqdan imtina öhdəliyinə sadiqliyini yüksək qiymətləndirir və onun nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnu tanıyır”, - nazir vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam