Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“ORDUMUZ HƏR CÜR SSENARİYƏ HAZIRDIR” – Türkiyədən Üçüncü Dünya Müharibəsi mesajı

Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbə xarici işlər naziri Hakan Fidanın Üçüncü Dünya Müharibəsi ilə bağlı söylədiklərinə dair sualları cavablandırıb.

Yenixeber.org: Türkiyə KİV-ləri xəbər verir ki, Milli Müdafiə Nazirliyindəki mənbə  açıqlamasında “Ölkəmiz başda olmaqla, heç kim Üçüncü Dünya Müharibəsinin olmasını istəmir, ancaq qeyd etmək lazımdır ki, ordumuz hər cür ssenariyə hazırdır”, -mesajını verib.

Birinci və İkinci Dünya müharibələrində olduğu kimi hərtərəfli risk ehtimalının olduğunu bildirən mənbə açıqlamalarında bu fikirlərə yer verib:“Milli Müdafiə Nazirliyi olaraq müdafiə və təhlükəsizliyimizlə bağlı qiymətləndirmələrimizi edirik. Yeni qiymətləndirmələrə əsasən, Türkiyə Silahlı Qüvvələrinin dinamik bir ordu olduğunu söyləyə bilərik”.

Xatırladaq ki, Türkyənin xarici işlər naziri Hakan Fidan bu yaxınlarda İsrailin Qəzzada törətdiyi qırğınların və Rusiya-Ukrayna müharibəsinin Üçüncü Dünya Müharibəsinə səbəb ola biləcəyini bəyan edib.

“Dünya bu ssenarini ciddi qəbul etməlidir, belə bir risk var. Müharibə davam etdikcə bu risk davam edəcək. Bundan qaçmaq mümkün deyil. Çünki hər iki tərəf fərqli silahlardan istifadə edir”, - deyə H. Fidan bildirib.(Azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam