Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Region üçün təhlükə olan “Metsamor”un rəhbəri təmirə ayrılan pulları mənimsəyibmiş -RƏSMİ AÇIQLAMA

Ermənistanda “Metsamor” Atom Elektrik Stansiyasının keçmiş baş direktoru 1 milyon dollardan (1,7 milyon manat) çox pul mənimsəyib.

Yenixeber.org: Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

İstintaqın məlumatına görə, 2002-2014-cü illərdə baş direktor postunu tutan Qaqik Markosyan 380 milyon dramdan (1,5 milyon manatdan) çox pul mənimsəyib.

Belə ki, 2011-ci ildə baş direktor əsassız olaraq Rusiyanın “NovEnerqoProm” şirkətindən armatur dəstini natamam şəkildə (14 vahid) əsassız yüksək qiymətə (33,54 milyon rubl/812,8 min manat) alıb.

Alınan məhsullar istifadə olunmayıb, anbarda qalıb və zaman keçdikcə yararlılıq müddəti keçib.

2015-ci ildə AES məcbur qalaraq “Rusatom Servis”dən 592 000 dollara (921,4 min manat) tam komplekt (37 vahid) armatur dəsti alıb.

Dekabrın 22-də prokurorluğun təşəbbüsü ilə Markosyana qarşı proses başlayıb. İş Milli Təhlükəsizlik Bürosunun İstintaq İdarəsinə göndərilib.

Bu, Markosyana qarşı açılan ilk cinayət işi deyil. Hələ 2016-cı ildə Markosyan və AES-in keçmiş rəhbərliyinin digər nümayəndələri xüsusilə irimiqyaslı mənimsəmədə ittiham olunublar.

Qeyd edək ki, Ermənistanda texniki və mənəvi cəhətdən köhnəlmiş “Metsamor” Atom Elektrik Stansiyasının (AES) hazırda da fəaliyyət göstərməsi yalnız Azərbaycan və Ermənistan üçün deyil, həm də bütün bölgə üçün ciddi təhlükə mənbəyidir. Bu isə o deməkdir ki, regionun hər bir ölkəsi Çernobıl və Yaponiyanın Fukuşima AES-lərinin aqibətini yaşamaq riski ilə üz-üzədir. Müxtəlif beynəlxalq təşkilatların və atom sahəsi üzrə mütəxəssislərin artıq istismar müddəti bitmiş “Metsamor” AES-i “bütün bölgə üçün təhlükə” adlandıraraq xəbərdarlıq etmələrinə baxmayaraq, Ermənistan nəinki stansiyanın fəaliyyətini dayandırmır, əksinə onun fəaliyyəti 2026-cı ilə və ondan sonrakı müddətə uzadılıb.

Yeri gəlmişkən, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin (Aİ Komissiyasının) Ermənistan üzrə tərəfdaşlığın implementasiyası haqqında 2022-ci il 17 may tarixli hesabatında da qeyd edilib ki, “Metsamor” AES nüvə təhlükəsizliyi üzrə beynəlxalq səviyyədə qəbul edilmiş standartlara tam cavab verəcək formada təkmilləşdirilə bilməz və buna görə də onun bağlanması və təhlükəsiz şəkildə istismardan çıxarılması tələb olunur.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə və ekoloji cinayətlərlə bağlı beynəlxalq insan hüquqları təşkilatlarına müraciət edib.(“Sputnik” Ermənistan")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam