Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Tramp bir həftədə 62 dəfə yalan danışıb - ABŞ prezidentinə yeni ittihamlar

 

ABŞ Prezidenti Donald Tramp Ağ evdə keçirdiyi brifinqdə “Dorian” qasırğasının Alabama ştatını da vuracağı iddiasına haqq qazandırmaq üçün təhrif edilən saxta xəritə göstərib.

Yenixeber.org:  ABŞ-da meteorologiyanın hava proqnozları ilə bağlı xəritələrindən sui-istifadə cinayət sayılır.

Ölkə qanunvericiliyi belə cinayət törədən şəxslərin 90 günə qədər həbs olunmasını nəzərdə tutur.

Məlumata görə, meteorologiya stansiyası 20 dəqiqə sonra “Twitter” səhifəsində D.Trampın dediklərini təkzib edib: “Alabama “Dorian”dan zərər görməyəcək. Təkrar edirik, “Dorian” qasırğası Alabamaya heç bir təsir göstərməyəcək”.

D.Tramp isə nümayiş etdirdiyi xəritəni kimin hazırlaması barədə suala cavabında deyib: “Bilmirəm, bilmirəm”.

CNN televiziyası bildirib ki, ABŞ prezidenti son bir həftə ərzində çoxu “Twitter” vasitəsi ilə olmaqla ictimaiyyətə 62 dəfə yanlış məlumat verib.

Televiziya D.Trampın danışdığı bir neçə yalanı da tamaşaçıların diqqətinə çatdırıb. “G7”liyin sammitində o, həyat yoldaşı Melaniya Trampın Şimali Koreya lideri Kim Çen Inı yaxşı tanıdığını söyləyib. Ağ Evdən məsələ ilə bağlı yayılan açıqlamada Melaniyanın Kim Çen Inı tanımadığı və onunla heç vaxt görüşmədiyi, hətta telefonla danışmadığı bildirilib/Report.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam