Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Qaşıqçı cinayəti ilə bağlı şok məqam:Kahtani yoxa çıxdı

Jurnalist Camal Qaşıqçının cinayət işinin bir nömrəli şübhəlisi, Türkiyəyə qətli törətmək üçün göndərilən dəstənin beyni sayılan, Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın “qara qutusu” adlandırılan Səud əl Kahtani yoxa çıxıb.

Yenixeber.org: Məlumata görə,  bu barədə Türkiyənin “Yeni Akit” nəşri yazıb.

Məlumata görə, Səudiyyə Ərəbistanında sözügedən cinayət işi ilə əlaqədar məhkəmənin ilk iclası keçirilib. Cinayətdə şübhəli bilinən 11 nəfər hakim qarşısına çıxarılıb. Ancaq cinayətin əsas şübhəlisi və cinayət əmrini verən şəxs olduğu düşünülən vəliəhdin keçmiş müşaviri və sağ əli Kahtani məhkəmə iclasına qatılmayıb.

Əsas şübhəlinin məhkəməyə gəlməməsi Ər-Riyad hökumətinin sui-qəsdin bir nömrəli şübhəlisini qoruması ilə bağlı iddiaların səsləndirilməsinə səbəb olub.

“Məhkəmədə iştirak edən 11 nəfər arasında Kahtani yoxdur. Kahtaninin olmaması nə anlama gəlir? Səudiyyəlilər onu qoruyur, yoxsa ayrı bir yerdə cəza verəcəklər? Bunu heç kim bilmir”, - Səudiyyə Ərəbistanında olan bir sıra yüksəkçinli rəsmilər bildiriblər. (Axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam