Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Zərrab işində müəmma:həbsxanadadır, yoxsa?..

ABŞ-ın İrana qarşı sanksiyalarını pozduğu iddiası ilə 2016-cı ilin martında Miamidə həbs edilən biznesmen Rza Zərrabın məhkəmə prosesindən 3 il keçib.

Yenixeber.org: Məlumata görə, ABŞ prokurorluğu ilə əməkdaşlığa razılaşan Zərrab sonradan Nyu Yorkda populyar restoranların birində görünmüşdü.

Bu yaxınlarda isə Zərrabla bağlı yeni iddia ortaya atılıb. Türk mediası Zərrabın azadlığa buraxıldığı və xanımı Əbru Gündəşlə görüşdüyü iddia edib.

Rza Zərrabın Nyu Yorkda məhkəmə prosesini izləyən məşhur vəkil Cahid Ağbulud müvəkkilinin harada olması haqqında danışıb.

Vəkil bildirib ki, Zərrab Nyu York ətrafında məxfi həbsxanada saxlanılır və indiyə qədər heç vaxt azadlığa buraxılmayıb. Vəkil əlavə edib ki, Əbru Gündəş Nyu Yorka gəlib, Zərrabla yalnız həbsxanada görüşə bilib.

Hüquqşünas qeyd edib ki, məhkəmə ona Zərrabın hansı həbsxanada saxlanılmasına dair müraciətinə mənfi cavab verib və bunu Zərrabın təhlükəsizliyi ilə əlaqələndirib.(Teleqraf.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam