Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistanda növbəti etiraz aksiyası keçirildi

 

Ermənistanda milli pul vahidi dramın dəyərsizləşməsi və bahalaşmaya qarşı etiraz aksiyaları başlayıb.

"Xeberinfo.com":  APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu gün onlarla insan paytaxtda hökumət binasının qarşısına toplaşıb. Narazı insanlar 6 tələb irəli sürərək hökumətin ayın 23-nə qədər bu tələbləri yerinə yetirməsini istəyiblər və əks halda, oliqarxların super marketlərindən alış-veriş etməyəcəklərini bildiriblər.

Aksiya iştirakçıları zəruri istehlak mallarının və xidmətlərin qiymətlərinin böhrandan əvvəlki həddə endirilməsini, qazdoldurma stansiyalarında qazın qiymətinin aşağı salınmasını, vətəndaşların dollarla olan kredit borclarının yenidən hesablanmasını, bütün inhisarların aradan qaldırılaraq bazarın liberallaşdırılmasını tələb ediblər. Aksiyanın təşəbbüskarları bəyan ediblər ki, bu tələblər yerinə yetirilməsə, ölkədə sosial partlayış baş verəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam