Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rubl "son günlərini yaşayır"

 

Bu ilin noyabr ayında Rusiya əhalisinin real gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 4,7%, ilin əvvəlindən bəri isə 0,3% azalıb.


 "Xeberinfo.com":  APA-nın “Vedomosti”yə istinadən verdiyi məlumata görə, bu rəqəmi Rusiya Federal Dövlət Statistika Xidməti açıqlayıb.

 

İnflyasiya noyabrda 9,1% təşkil edib. Oktyabr ayı ilə müqayisədə noyabrda inflyasiyanın artım tempi 1,6 dəfə sürətlənib. Dekabrın 15-nə inflyasiya artıq 9,7% təşkil edib və son həftə ərzində 0,4% yüksəlib.

 

Sutkalıq orta qiymət artımı dekabrın ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çox olub. Devalvasiya ilə əlaqədar əhali öz rubl əmanətlərini xilas etməyin yolu və ehtiyat tədbir kimi kütləvi alışlara yönəlib. Belə ki, qeyri-ərzaq pərakəndə satış həcminin artımı noyabrda 4,8% təşkil edib, oktyabrla müqayisədə noyabrda avtomobil satışı 8,5% artıb və avtodilerlər bütün ehtiyatlarını realizə ediblər.    

 

“Brokerkreditservis” Maliyyə Qrupunun (FQ BKS) baş iqtisadçısı Vladimir Tixomirov real gəlirlərin azalması tendensiyasının güclənərək davam edəcəyini bildirib. Səbəb inflyasiyanın sürətlənməsi, dövlət sektorunda əməkhaqqı artımının dayanması, əmək haqlarının indeksləşdirilməsi templərinin azalması və iqtisadiyyatın resessiyasıdır. V. Tixomirov qeyd edib ki, 2009-cu il böhranında dövlətin ehtiyatı var idi və hökumət həm rublu, həm də əhalini dəstəkləyərək böhrandan çıxa bilmişdi. Lakin indi vəziyyət fərqlidir və pul yoxdur. 

 

Dünya Bankı xəbərdarlıq edib ki, 2015-ci ildə neftin qiyməti 70 dollardan çox olmasa, Rusiya iqtisadiyyatı qapalı dairəyə düşə bilər. Belə ki, resessiya (istehsalın və iqtisadiyyatın artım tempinin yavaşlaması) nəticəsində əhalinin gəlirləri və istehlakı azalacaq, istehlakın azalması isə öz növbəsində resessiyaya aparacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam