Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Moskvadan İrəvana daha bir təhlükə

 

49348

       Rusiya Ermənistana nəql edilən qazın qiymətini artıra bilər

"Xeberinfo.com": ANS PRESS-in məlumatına görə, Ermənistan Energetika Nazirliyində artıq bu məsələ narahatlıq doğurmağa başlayıb. Ötən ilin sonunda “Qazprom” ilə imzalanmış müqaviləyə əsasən, Ermənistana nəql edilən qazın qiyməti yaxın 5 ildə dəyişməməli idi.

Ancaq burada bir nüans var. Qaz tarifi Rusiya daxili qiymətlərinə uyğunlaşdırılıb. Yəni, əgər Rusiya qiymətləri yüksəltsə, onda tarif dəyişəcək.

Ermənistan Energetika Nazirliyi artıq qorxuya düşüb. Çünki ehtimal edilir ki, Rusiya hakimiyyəti qazın qiymətində artıma gedəcək və bunun hesabına ölkənin neft-qaz sistemindəki maliyyə itkilərini kompensasiya etməyə çalışacaq. Dünya bazarında neftin qiymətinin kəskin düşməsi Rusiyanı bu cür addımlar atmağa vadar edir.

İstisna olunmur ki, nəql edilən qazın tarifindəki dəyiklik artıq gələn ilin yazından mümkün ola bilər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam