Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gürcüstanın yeni xarici işlər naziri də qadın oldu

 

img1677004

 

 

 

 

 

Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkənin xarici işlər naziri postuna Tamar Beruçaşvilini təqdim edib.

      "Xeberinfo.com": Musavat.com-un gürcü informasiya qaynağına istinadən verdiyi xəbərə görə, baş nazir yeni təyinatı belə əsaslandırıb: “Mənim üçün bu posta ən peşəkar şəxsi seçmək çox vacib idi. Xanım Beruçaşvili istiqaməti dəqiq bilən şəxsdir. Avropa seçimi gürcü xalqının seçimidir və əminəm ki, o, bu işə öz sanballı töhfəsini verəcək.

    Onun dövlətçilik və diplomatik sferalarda böyük iş təcrübəsi var. Həmçinin, Gürcüstanın avrointeqrasiyası üzrə 22 illik fəaliyyət stajına malikdir. Ölkəmizin qazandığı uğura o da öz töhfəsini verib. İnanıram ki, bu çox məsuliyyətli vəzifəsinin öhdəsindən də o, uğurla gələcək”.

    Qeyd edək ki, Beruçaşvili bina kimi xarici işlər nazirinin müavini vəzifəsində çalışıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam