Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə arxivləri açmaqla dünyaya meydan oxuyub

 

img1642823

 

 

 

 

 

 

 

Cəmil Çiçək: Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün əlindən gələni edib

"Xeberinfo.com": Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək Türkiyənin 1915- ci il hadisələrinin araşdırılması üçün əlindən gələni etdiyini və bütün dünyaya meydan oxuyaraq , arxivlərini açdığını bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi xəbər yayıb.

C.Çiçək deyib ki, tarixin araşdırılması dünya parlamentlərinin deyil, tarixçilərin işidir:

“Türkiyədə müxalifət və iqtidar partiyalarının ortaq təşəbbüsü ilə arxivlərimizi açdıq. 1915 – ci il hadislərinin bir daha araşdırılmasını istəyənlər varsa, Türkiyə ortaq komissiya təşkil edərək bu məsələni yenidən araşdırmağa hazırdır”.

Məlumat üçün bildirək ki , bir müddət bundan əvvəl C.Çiçək qondarma “erməni soyqırımı”nın tarixin ən böyük iftirası olduğunu deyib.

C.Çiçək qeyd edib ki, bu gün Türkiyənin xaricdə qarşılaşdığı ən böyük problemlərdən biri də ermənilərə qarşı “soyqırım” etməsi barədə iddialardır: “1915-ci il hadisələri bu millətə qarşı atılan ən böyük iftiradır. Türkiyənin tarixi təmiz, başı dikdir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam