Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

BMT:"Rusiya iqtisadiyyatı gələn ildən tez artım templərinə qayıtmacaq"

Rusiya iqtisadiyyatının 2024-cü ildə bir qədər daralacağı və ortamüddətli perspektivdə aşağı artım səviyyəsinə qayıdacağı proqnozlaşdırılır.
Yenixeber.org: Bu barədə BMT-nin “Dünya iqtisadi vəziyyəti və onun perspektivləri” adlı hesabatında deyilir. Sənəddə bildirilir ki, 2023-cü ilin sonunda ölkə iqtisadiyyatı beynəlxalq sanksiyalar və ticarət məhdudiyyətləri fonunda cüzi daralma gözləyir.
Eyni zamanda, analitiklər 2023-cü ildə Rusiya iqtisadiyyatının daralması və 2024-cü ildə ölkə ÜDM-nin cüzi artımı ilə bağlı konkret rəqəmlər təqdim etməyiblər. Əsas səbəb isə Rusiya ilə Ukrayna arasında davam edən münaqişə olub. Belə şəraitdə müfəssəl iqtisadi proqnoz vermək çətindir, hesabat müəllifləri yekunlaşdırıblar.
Mayın 15-də Avropa Komissiyası (AK) Rusiyanın 2023-2024-cü illər üçün ÜDM üzrə proqnozunu təkmilləşdirib. Yenilənmiş hesablamaya görə, ölkə iqtisadiyyatı 2022-ci ilin payızında proqnozlaşdırılan 3,2% əvəzinə, bu ilin dekabr ayının sonuna kimi 0,9% azalacaq. 2024-cü ilin nəticələrinə görə, Rusiya ÜDM-i əvvəllər gözlənilən 0,9%-ə qarşı 1,3% artacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam