Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ İnstitutu:“Kreml Priqojini satqın kimi gözdən salmaq üçün mexanizmlər hazırlayır”

Kreml tədricən “Vaqner” muzdlu hərbi təşkilatını gözdən salmağa çalışacaq.

Yenixeber.org: Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin Ukrayna kəşfiyyatı ilə əlaqələrinə dair iddialar Kremlin diqqətindədir:

“Kreml çox güman ki, Priqojini satqın kimi gözdən salmaq üçün mexanizmlər hazırlayır. Amma Kreml asanlıq Priqojini “Vaqner”in faktiki rəhbəri vəzifəsindən uzaqlaşdıra və onu başqası ilə əvəz edə bilməz. Çünki “Vaqner” müstəqil şirkətdir. O, Rusiya hökumətində heç bir rəsmi vəzifə tutmur”.

Qeyd edək ki, daha əvvəl Priqojin Rusiya Müdafiə Nazirliyini sərt tənqid etmişdi. O bildirmişdi ki, lazımi qədər silah-surat təmin edilməsə, “Vaqner” Ukraynanın işğal altındakı Donetsk vilayətinin Baxmut şəhərindən çıxacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam