Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Seçkidə Baydenə dərs verəcəyik -ƏRDOĞAN

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Ümraniyyə ərazisində keçirilən mitinqdə iştirak edib. 

Yenixeber.org: Ərdoğan burada ABŞ Prezidenti Co Baydenə də mesaj göndərib. 

O, sabah keçiriləcək seçkinin nəticəsinin Baydenə dərs verəcəyini bildirib: 

"Bilirsiniz, ölkəmizin təhlükəsizlik maraqları üçün Aralıq dənizində, Egeydə dik durduğumuz məsələlər var, NATO-da hamısı təslimçilik bayrağını qaldıracaq. Kamal bəy nə deyir, Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyik deyir. Bu nə ağıldır, bu nə anlayışdır? Bu günə qədər Rusiya kənd təsərrüfatı məhsullarında bizim ən mühüm müttəfiqlərimizdən biridir. Müdafiə sənayesində də belədir, eyni şəkildə Rusiyadan turist axını ilə bizə 5,5 milyona yaxın turist gəlir. Amerikadan aldığın sifarişlə bunu edəcəksən? Bunu Baydenin göstərişi ilə edəcəksiniz? Bayden əmr verdi ki, Ərdoğanı devirmək lazımdır, bunu bilirəm. Bunu bütün xalqım bilir. İndi sabah seçki qutularında Baydenə cavab verəcəyik. Rusiya hökumətinin sözçüsü nə deyir? Deyir, izah etsin, sübut etsin. Hər hansı bir sübut varmı? Yox, sonra qıvrılmağa başlayır, deyir, belə eşitmişəm, deyir sübut yoxdur, amma ola bilər. Bu necə siyasətdir? Mənim xalqım bu ölkəni sizə təslim etməyəcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam