Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yəmən rəsmisi:İran silah və narkotik göndərməklə husilərə dəstəyini davam etdirir

Silah və narkotik ticarəti kimi qanunsuz vasitələrlə husilərə dəstəyini davam etdirən İran Yəməndə sülhə nail olmaq üçün göstərilən səyləri baltalayır.
Yenixeber.org: Yəmən hökumətinin kəşfiyyat naziri Muəmmər Əl-Aryani “Səba” dövlət xəbər agentliyinə verdiyi müsahibədə İranın bu siyasətini sərt tənqid edib.
“Son bir neçə gündə narkotik yükü ilə İranın Çabahar şəhərindən çıxan iki balıqçı gəmisi müəyyən edilərək ələ keçirilib. Bu gəmilərin ələ keçirilməsi İran hökumətinin silah və narkotik göndərməklə terrorçu husiləri dəstəkləməyə davam etdiyini göstərir. İranın bu hərəkətləri beynəlxalq qanunların və müqavilələrin açıq şəkildə pozulmasıdır. Beynəlxalq ictimaiyyət, Birləşmiş Millətlər Təşkilatı və xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvləri öz qanuni öhdəliklərini yerinə yetirməli və İranın yanaşmasını pisləməlidirlər” - Əl-Aryani vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam