Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Esatınalma portalında son iki ilin hesabatı niyə açıqlanmır? -Maraqlı detallar

2017-ci ildə Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edildi. Bundan sonra Agentliyin vəzifə və funksiyaları, həmçinin istifadəsində olan dövlət əmlakı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə keçdi. Daha sonra dövlər xidməti Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi oldu. 

Yenixeber.org: Dövlət satınalmalarının şəffaf şəkildə həyata keçirilməsi məqsədilə  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nəzarətində dövlət satınalmalarının vahid internet portalı - e-satınalma (https://etender.gov.az/) sistemi yaradıldı.

Qanunvericiliyə əsasən, ölkə üzrə bütün dövlət satınalmaları bu portal vasitəsilə aparılmalı və nəticələr ictimaiyyət üçün açıq olmalıdır. 

Lakin e-satınalma portalında illik hesabatların yenilənməsi ilə bağlı problem diqqət çəkir. Portalda yerləşdirilən son illik hesabat 2022-ci ilin hesabatıdır ki, 2023-cü ildə açıqlanıb. 2023, 2024 və 2025-ci illər üzrə dövlət satınalmalarına dair illik hesabatlar isə hələ də açıqlanmır.

Bu vəziyyət dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı bir sıra suallar yaradır. Belə ki, 2024–2025-ci illərdə dövlət qurumları tərəfindən keçirilmiş satınalmaların ümumi maliyyə həcmi, bağlanmış müqavilələrin sayı və icraçı şirkətlərin siyahısı barədə ictimaiyyətə rəsmi məlumat təqdim olunmayıb.

Dövlət satınalmaları büdcə xərclərinin əsas istiqamətlərindən biridir və bu sahədə şəffaflıq, hesabatlılıq və ictimai nəzarət xüsusi əhəmiyyət daşıyır.  Hazırda 2024–2025-ci illər üzrə dövlət satınalmalarının ümumi məbləği və nəticələri ilə bağlı rəsmi açıqlama yoxdur.

Ümumiyyətlə, son bir neçə ildə dövlət satınalmaları ilə bağlı ölkə mətbuatında da maraqlı informasioyalar səslənir, bu sistemin şəffavlığı böyük suallar yaradıb. Satınalmada iştirak edən dövlət qurumlarının satınalma üçün təklif etdiyi rəqəmlər baş gicəlləndirir, alınacaq mallar isə gülüş doğurur.
Aidiyyəti qurumun mövqeyi dərc etməyə hazırıq.(bizimesr.az)

Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin direktoru Elnur Bağırovdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam