Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Fəda Abbasov Elçin Zeynalovla necə anlaşdı? –Direktor daha yüksək vəzifəyə hazırlaşır?

media-999

“Azəraqrar Dövlət İstehsalat və Birliyi” MMC-nin direktoru Məcnun Məmmədovun ətrafındakı hər kəslə anlaşmağa çalışır

Yenixeber.org: Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Birliyi” MMC -nin direktoru Fəda Abbasovun yaxın günlərdə nazirlikdə yüksək vəzifəyə təyinat alacağı ilə bağlı redaksiyamıza məlumat daxil olub.

Bildirilir ki, Fəda Abbasov KTN nazirinin müavini Elçin Zeynalovlada münasibətlərini sahmana salaraq nazirlikdə vəziyyətini yaxşılaşdırıb.

Qeyd edək ki, “Azəraqrar Dövlət İstehsalat və Birliyi” MMC -nin direktoru Fəda Abbasov KTN naziri Elçin Zeylanovla münasibətlərinin pisləşməsi ilə bağlı bir müddət əvvəl mediada məlumat yayılmışdı. Həmin məlumatda bildirilirdi ki, Fəda Abbasov nazirliyin iki müavinini Sərvan Cəfərovla Elçin Zeynalovu üz-üzə qoyub. Belə ki, Fəda Abbasov Elçin Zeynalov tərəfindən sıxışdırıldığını və buna görə nazir müavinindən, himayəçisi olan digər müavin Sərvan Cəfərova şikayətçi olub.
Xalq-ın ldə etdiyi məlumatda qeyd olunur ki, Fəda Abbasov artıq Elçin Zeynalovla münasibətləri düzəldərək, nazir müavini razı salıb.
Mənbə Fəda Abbasovun nazir Məcnun Məmmədovun ətrafındakı hər kəslə anlaşmağa çalışdığını iddia edir. Bunun səbəbi isə Fəda Abasovun yaxın vaxtlarda daha yüksək vəzifəyə təyinat almaq istəməsi göstərilir. Qeyd edək ki, Fəda Abbasov 2021-ci ildə “Azəraqrar Dövlət İstehsalat və Birliyi” MMC -nin direktoru vəzifəsinə təyin edilib. Daha  sonra 2021-ci ilin aprel ayında isə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-yə direktor təyin edilib.  Hazırda Kənd Təsərrüafatı nazirinin müavini Sarvan Cəfərov onun əsas himayədarı hesab edilir.

Elektron mediada yayılan məlumata görə XALQ  bildirir ki, Fəda Abbasovun komandasındakı şəxslərin əsas maliyyə maxinasiyaları qurumun tabeçiliyində fəaliyyət göstərən Regional İdarələrin torpaq sahələrini özləri üçün əkilib becərilməkdən ibarətdir. Torpaqların əkilməsindən əldə olunan vəsaitlərin böyük hissəsi isə mənimsənilir. Regional İdarələrin nəzdindəki münbit torpaqların bir hissəsi dövlət üçün, bir hissəsi isə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Fəda Abbasova yaxın olan şəxslər üçün əkilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam