Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xəzər rayonunun İcra başçısı cəmiyyəti necə aldatdı -VİDEO

Xəzər rayonunun İcra başçısı cəmiyyəti necə aldatdı - VİDEO
Yenixeber.org: Xəbər verdiyimiz kimi, sentyabrın 5-də Bakının Xəzər rayonu, Binə qəsəbəsində Əli İsazadə küçəsində tikilən mağazanın yolun daralmasına səbəb olması ilə bağlı məlumat yaymışdıq. Məsələyə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi reaksiya verdi. Bildirildi ki, Baş İdarə Xəzər Rayon İcra Hakimiyyəti ilə birlikdə 9 sentyabr 2024-cü il tarixində özbaşına tikintinin sökülməsini təmin edib, nəticədə ərazidə nəqliyyat vasitələrinin və piyadaların normal hərəkəti bərpa olunub. Xəzər Rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğu da eyni qaydada cavablandırıldı.

Həmin yoldan istifadə edən şəxslər Pravda.az-a yenidən müraciət edərək bildiriblər ki, taxta konstruksiyadan ibarət qanunsuz tikili söküldüyü zaman nəqliyyat vasitələrinin və piyadaların normal hərəkəti təmin edilsə də, bu, çox çəkməyib. Həmin ərazi yenidən zəbt olunub, bu dəfə isə alver açıq formada həyata keçirilir, paltar vitrinləri yolun kənarına düzülüb. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi işini görüb, qanunsuz tikilini söküb, əraziyə nəzarəti isə Xəzər RİH həyata keçirməlidir. Görünür ki, həmin taxta konstruksiyanın quraşdırılmasına da rayon rəhbərliyi göz yumub. Belə olmasaydı, yol kənarı yenidən zəbt edilməzdi. Hər kəsə bəllidir ki, müvafiq qurumların, o cümlədən icra hakimiyyətlərinin razılığı olmadan Bakıda daşı-daş üstünə qoymaq olmaz. Məsələni diqqətdə saxlayacağıq.
Qeyd: Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovdur. O, 2019-cu ildən bu vəzifədədir.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam