Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinə qarşı ŞOK İTTİHAM

Şəmkir rayonu, Dəllər qəsəbəsinin sakini Hüseynov Heydər Hüseyn oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.

Yenixeber.org: Şikayətçi iddia edir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov ondan rüşvət təlbə edib:

“Mən, Hüseynov Heydər Hüseyn oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Məlumat üçün deyim ki, özüm insult keçirmiş, xəstə adamam. 30 il “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) işləmişəm. Güzəştli pensiya üçün müraciət edirəm, vermirlər.

Şəxsən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rüstəmov Rövşən Mürvət oğlu məndən pul tələb edib ki, sənəd versin. “Pul vermirsənsə, sənə pensiya düşmür”, – deyirlər.

Müalicələrim üçün pensiyaya ehtiyacım var. 

Xahiş edirəm ki, müraciətimi işıqlandırın, “yuxarı”da oturan səlahiyyətli şəxslər bilsin və görsün ki, necə rəhbərlər var. Açıq-aşkar məndən pul tələb edirlər. Mənim isə onlara verəsi pulum yoxdur”.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.(Hurriyyet)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam