Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mərkəzi Bank:Sığorta şirkətlərinin vəziyyəti qənaətbəxşdir

 

“Sığorta şirkətlərinin hazırkı maliyyə dayanıqlılığı göstəriciləri qənaətbəxşdir. Amma bu sahədə müxtəlif problemlər də mövcuddur və problemlərin aradan qaldırılması üçün addımlar atılır”.

Yenixeber.org: Bunu AzTV-nin efirində yayımlanan "İqtisadiyyat xəbərləri" verilişində Azərbaycan Mərkəzi Bankının Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov bildirib.

Onun sözlərinə görə, ötən ilin noyabr ayından etibarən sığorta sahəsində tənzimləmə və nəzarət funksiyaları Mərkəzi Banka həvalə edildikdən sonra, aparılan təhlillər əsasında sığorta sektorunun inkişaf strategiyası hazırlanıb:

“Belə ki, strategiyanın əsas istiqamətləri sığorta qanunvericiliyinin müəyyən istiqamətlər üzrə modifikasiyasını, istehlakçıların hüquqlarının qorunması məqsədi ilə sığorta qanunvericiliyində müəyyən istiqamətlərin alınmasını, sığortanın əlçatanlığının təmin edilməsi məqsədi ilə elektronlaşma istiqamətində layihələrin hazırlanması nəzərdə tutulub. Artıq elektronlaşma istiqamətində müəyyən işlərə start verilib”.

O bildirib ki, Mərkəzi Bank sığorta sektorunda fəaliyyət göstərən kadrların təlimləri üçün beynəlxalq institutlarla danışıqlar aparılıb və qısa müddətdə təlim-tədris işlərinə start veriləcək.

Hazırda Azərbaycanın sığorta bazarında 20 sığorta, bir təkrarsığorta şirkəti fəaliyyət göstərir. Onlardan 4-ü həyat, 16-si isə qeyri-həyat sığorta şirkətidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam