Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

ABŞ - Səudiyyəyə böyük canlı qüvvə və hərbi texnika göndərəcək

ABŞ-ın müdafiə rəsmiləri bildiriblər ki, Vaşinqton Səudiyyə Ərəbistanına əlavə qoşunlar və hərbi avadanlıq göndərir.

Yenixeber.org: Media xəbərlərində deyilir ki, Pentaqon Səudiyyəyə böyük canlı qüvvə, iki Patriot hava hücumundan müdafiə batareyası və Ərazinin Yüksək Hündürlükdə Havadan Müdafiəsi (THAAD) terminalı göndərməyə hazırlaşır.

Pentaqonun sözçüsü Conatan Hoffman deyib ki, əlavə canlı qüvvəyə 3 min əsgər daxildir.

Qoşun və hərbi texnikanın göndərilməsi üçün dəqiq vaxt cədvəli açıqlanmayıb.

Bundan əvvəl ABŞ rəsmiləri Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqi Səudiyyə Ərəbistanına daha kiçik qoşun birləşməsi göndəriləcəyini bildirmişdilər.

Lakin sentyabrın 14-də Səudiyyənin neft qurğularına raket və dron hücumlarından sonra ABŞ kontingentin genişləndirilməsi qərarına gəlib.

ABŞ bu hücumlara görə İranı ittiham edib. Səudiyyə də hücumun arxasında İranın durmasını bəyan etsə də, raketlərin İran ərazisindən atılıb-atılmadığını dəqiqləşdirə bilməyib.

Həmin hücuma görə məsuliyyəti öz üzərlərinə İranın Yəməndə dəstəklədiyi huti şiə qiyamçıları götürmüşdülər.

Bir çox müşahidəçilər Yəməndə davam edən vətəndaş münaqişəsini İran və Səudiyyə arasında təmsili müharibə hesab edirlər. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam