Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Pensiyalar artırılır -Minimum 200 manat olacaq

Pensiyalar artırılır - Minimum 200 manat olacaq
“Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən Azərbaycanda minimum pensiyanın məbləği 2019-cu ilin oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq.
Yenixeber.org:  Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib. 

Nazir müavini deyib ki, təxminən 25 faiz artım nəzərdə tutulur və bu artım 700 minə yaxın insanı əhatə edəcək. Onun sözlərinə görə, 1 oktyabr 2019- ci il tarixdən etibarən ölkədə 200 manatdan aşağı minumum pensiya alan vətəndaş olmayacaq. 200 manatdan yuxarı pensiya alanların isə pensiyasında dəyişiklik edilməyəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi daxil olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam