Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Cavid Qurbanovun rəis qardaşı işdən çıxdı

 

Yenixeber.org: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi işdən azad edilib.

Xidmətin rəisi İlqar Qurbanov səhhəti ilə əlaqədar işdən çıxarılması üçün ərizə yazıb. Onun yerinə Cavid Əbdülqədirov təyin olunub.

Qeyd edək ki, İlqar Qurbanov 2015- ci ildə sözügedən vəzifəyə təyinat almışdı.

Bu arada bildirək ki, İlqar Qurbanov Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun qardaşıdır.

***

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı açıqlamasında xəbəri təsdiqləyib və bildirib ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin strukturu təkmilləşdirilib: “Bu ümumiyyətlə, reablitasiya sisteminin optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi sahəsində beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər çərçivəsində həyata keçirilib. Belə ki, xidmətin aparatının yeni strukturu təsdiqlənib. Xidmətin rəisi işləmiş İlqar Qurbanov səhhəti ilə bağlı ərizə yazaraq işdən çıxarılıb. Onun yerinə təyin edilən Cavid Əbdülqədirov bu sahədə uzun müddət işləmiş təcrübəli şəxsdir.

Bundan başqa xidmətin tibbi sosial ekspert komissiyalarının sayı 12-dən 5-ə endirlib. Komissiyalar gələcəkdə Bakı şəhərində fəaliyyət göstərəcək beş DOST mərkəzi ilə əlaqəli şəkildə xidmətlərini vətəndaşlara təqdim edəcəklər. Həmin DOST mərkəzlərində Tibbi Sosial Ekspert Komissiyalarının fəaliyyəti qurulacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam