Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gəncə Şəhər İcra Hakimiyyətində kadr dəyişiklikləri olub -SİYAHI

 

 

Bununla bağlı şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov əmrlər imzalayıb

 Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Rüstəmli Əli Xasay oğlu vəzifəsindən azad olunub.

Yenixeber.org: Bununla bağlı şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov əmr imzalayıb. Həmin şöbənin baş məsləhətçisi Binnətov Natiq Şaməddin oğlu da vəzifəsindən çıxarılıb.

Bundan başqa, icra hakimiyyətinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri Niyazova Lyudmila Zeynal qızı və İstehsal və xidmət sahələri sektorunun müdiri Məmmədov Azər Vilayət oğlu da işdən çıxarılıb. Şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi Məlikov Yusif Tofiq oğlu, Hüquq şöbəsinin məsləhətçisi Hüseynov Anar İsmayıl oğlu, Mühasibatlıq şöbəsinin aparıcı məsləhətçisi İsmayılova Səbinə İslam qızı vəzifəsindən azad edilib.

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nağıyeva Şövkət Mirşahin qızı vəzifəsindən azad edilərək Mühasibatlıq şöbəsinin aparıcı məsləhətçi vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, avqustun 28-də Prezident İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Niyazi Bayramov şəhər icra hakimiyyətinin başçısı təyin olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam