Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Koçaryan Paşinyana qarşı yeni blok yaradır

Koçaryan Paşinyana qarşı yeni blok yaradır

Ermənistanın sabiq prezidenti, 2008-ci ilin 1 mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçvəsində ittiham olunan, həbs edilib daha sonra azadlığa buraxılan Robert Koçaryan siyasi meydana dönüşündə bütün riskləri nəzərə aldığını və seçkilərdə iştirak üçün kifayət qədər elektoral bazaya sahib olduğunu bəyan edib
Yenixeber.org: Bu barədə Robert Koçaryan Rusiyanın NTV telekanalına müsahibəsində deyib. 

Ermənistanın baş naziri Nikol Paşinyanın Koçaryanın siyasətə qayıtmaq şansının olmamasilə barədə dediklərini şərh edən sabiq prezident bildirib: “Mən artıq siyasətdəyəm. 10 il Ermənistanın prezidenti olmuşam. Həmin müddət ərzində Ermənistanın ÜDM-u 5 dəfə, büdcəsi isə 8 dəfə artmışdı. İndi İrəvanda gördüyünüz bütün maraqlı tikililər və bərpa işləri də həmin illərdə aparılıb. Əlbəttə, mən 10 ildir ki, siyasətdən kənar olmuşam, çox adam indi bunları xatırlamır. Amma mən və həmin zaman bütün bu proseslərdə iştirak edərək biznes quranlar xatırlayırlar. Məhz onlar mənim elektoral bazamı təşkil edəcəklər”.

Öz partiyası, yaxud hansısa koalisiya formalaşdırmaqla Paşinyana qarşı müxalifətdə yer almaq planları barədə suala Koçaryanın cavabı isə maraqlı olub. Erməni KİV-ləri yazır ki, müsahibəsində Koçaryan bir növ Paşinyanın əleyhdarlarına əməkdaşlıq mesajı göndərib və bütün təkliflərə açıq olduğunu bəyan edib. Koçaryanın fikrincə, o, baş nazirə qarşı güclü cəhbə formalaşdırmaq iqtidarındadır. 

“Mən bu məsələni kifayət qədər açıq saxlamışam. Mən çox yaxşı bilirəm ki, bugünkü problemləri görən insanlar üçün çox ciddi birləşdirici mərkəz ola bilərəm”, – deyə Koçaryan vurğulayıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam