Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Daha bir polkovnik hədəfdə

 

         Polkovnik Rauf Kişiyev hədəfdə! Zabitlər cəbhə xəttinə göndərilib

 "xeberinfo.com": Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi polkovnik Rauf Kişiyevin tabeçiliyində çalışan 20-yə yaxın zabit cəbhə xəttində yerləşən hərbi hissələrə ezam olunub. 

Bu barədə Müdafiə Nazirliyindəki mənbədən “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə məlumat verilib. Səfər Əbiyev dövründə “isti kabinet”lərində istirahət etməyə öyrəşmiş, Bakı və Bakıətrafı müxtəlif hərbi hissələrdə xidmət edən zabitləri öz qanunsuz hərəkətləri ilə incidən, xüsusilə də məhkəmə proseslərində ədalətsiz davranan bu zabitlərin “iş” qaydalarının müdafiə naziri Zakir Həsənov tərəfindən bəyənilmədiyi deyilir.

“Doktrina” JHAM-a verilən məlumata görə, Zakir Həsənov həmin zabitlərin cəbhə xəttində yerləşən hərbi hissələrdə nizam-intizam qaydalarının möhkəmləndirilməsi istiqamətində çalışmalarına dair göstəriş verib.

Digər məlumata görə, yaxın aylarda Hüquq İdarəsinin tərkibi Rauf Kişiyev başda olmaqla tam yenilənəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam